Yeni "Bugatti" modelləri üçün dördillik növbə mövcuddur

"Bugatti" ən azı 2029-cu ilə qədər yeni avtomobillər istehsal edəcək. Belə ki, hazırda istehsalçının bu dövrədək sifarişləri mövcuddur. Avtosfer.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə şirkətin dizayn direktoru Frank Heylin "CarBuzz"a danışıb. Onun fikrincə, dördillik növbə şirkətə sabit mövqe təmin edir. "Bugatti" tez qazanc əldə etmək üçün riskli layihələrə qoşulmadan öz gələcəyini sakit şəkildə planlaşdıra bilər", - deyə Heylin bildirib. O əlavə edib ki, şirkətin bu müddət ərzində istehsal edəcəyi modellər arasında hazırda son sınaqdan keçən "Bolide" və "Tourbillon" modelləri də var. Onların müştərilərə təhvil verilməsinə yalnız 2026-cı ildə başlanılacaq. Bu modellər 1800 at qüvvəsinə malik V16 mühərriklə təchiz edilib və baza dəyəri 4 milyon dollardır.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












