Yeni il qabağı avtomobillərə qadağa

İtaliya hava çirklənməsinin qarşısını almaq üçün xüsusi tədbirlər planı həyata keçirir. İtaliyanın iki şəhərində - Milan və Romada bunun üçün şəxsi avtomobillərin istifadəsinə müvəqqəti qadağalar qoyulub. Dekabrın 28-dən 30-na qədər Milanda bütün avtomobillərin, hətta italyanların sevimli moped və motosikllərin hərəkəti də qadağandır. Məhdudiyyət saat 10.00-dan 16.00-a qədər tətbiq olunacaq. Şəhər rəsmiləri vətəndaşlara alternativ olaraq ictimai nəqliyyatdan istifadə etməyi təklif edir. İlin sonuna qədər avtobus, tramvay və metroda güzəştli tariflərin qoyulması planlaşdırılıb. Məlumata görə, hətta bu səbəbdən bayramda atəşfəşanlıq edilməsi də yasaqlana bilər. Romada isə bazar ertəsi tək nömrəli, növbəti gün isə cüt nömrəli avtomobillərə 9 saat qadağa qoyulacaq. Qadağadan kənar qalan yeganə nəqliyyat vasitələri hibrid enerjisi ilə işləyənlərdir.
San-Vitaliano şəhərində isə qadağa həmçinin pitsa hazırlamaq üçün ağacdan olan sobaların işlədilməsinə də şamil edilib. Amma ekoloqların fikrincə, bu tədbirin əhəmiyyəti olmayacaq, 1.3 mln avtomobil yollarda olacaq. Amma yerli hökümət orqanlarından bildirilib ki, qoyulmuş qadağa icbaridir və onu pozanları cərimə gözləyir.
Milanda son 50 gün ərzində yağış yağmayıb. Mütəxəssislər qeyri-adi sakit və quru havanı çirklənmənin göstəricisi sayırlar.
2012-ci ildə İtaliya Avropada çirklənmə səbəbindən ən çox insanın vəfat etdiyi ölkə olub. Avropa Ətraf Mühit Agentliyinin məlumatına görə, burada 84 min nəfərdən çox insan pis havaya görə həyatını itirib.
Ölkəmizdə də atmosferin çirklənməməsi və ekoloji durumun yaxşılaşdırılması üçün 2014-cü il aprelindən Avro 4 standartı tətbiq olunur. Bununla istehsal tarixi 2005-ci ilə qədər olan avtomobillərin ölkəyə gətirilməsinə məhdudiyyət qoyulub. Avro 4 standartına keçidlə həm də havaya buraxılan dəm qazı, azot oksidinin iki dəfəyə qədər azalmasını təmin etmək qarşıya məqsəd qoyulub.
Mütəxəssislərin hesablamasına görə, bir minik avtomobilində bir kilometr yolun qət edilməsi üçün havaya buraxılan dəm qazının miqdarı Avro 2-də 2.3 qram, Avro 3-də 2 qram, Avro 4 standartında isə 1 qram təşkil edir.
anspress
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










