Yeni ildən avtomobillərin qiyməti ucuzlaşacaq? - VACİB AÇIQLAMA

"Avtomobil bazarındakı qiymətlər təkcə ölkəmizlə bağlı deyil, ilk növbədə beynəlxalq bazardakı metalın qiymətinin artımı ilə əlaqədardır". Avtosfer.az xəbər verir ki, bunu "Baku.ws"ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.
AQC sədri əlavə edib ki, Amerika Birləşmiş Ştatları ilə Çin arasında bu istiqamətdə çox böyük qarşıdurma gedir:
"Xaricdən gələn materiallara qoyulmuş böyük gömrük rüsumları metalın bazar dəyərinin bahalaşmasına səbəb olur. Metalın qiymətinin artması isə dünyada avtomobillərin qiymətinə təsir göstərir və tendensiya qiymət artımı istiqamətindədir. Çin istehsalı nə qədər ucuz başa gəlsə və dünyada avtomobillərin qiymətlərinin aşağı salınmasına təsir göstərsə də, yenə də bazarın tənzimlənməsi ilə bağlı Avropa dövlətləri və ABŞ-nin tətbiq etdiyi böyük gömrük rüsumları son nəticədə Çini məcbur buraxacaq ki, ucuz işçi qüvvəsi və xammala hazırladığı avtomobilləri daha baha qiymətə bazara satsın.
Azərbaycanda 10 ildən artıq istismar olunmuş avtomobillərə vergi rüsumlarının artırılması barədə qərar qəbul olunmuşdu. Ondan sonra belə bir fikir var idi ki, məhz ikinci əl avtomobillərin qiymətlərinin müəyyən qədər azalması müşahidə olunacaq. Çünki daha çox tələb yeni avtomobillərə olacaq. Amma nəzərə alsaq ki, sosial iqtisadi problemlər ucbatından əhalinin böyük bir əksəriyyəti yeni avtomobillərə yox, ikinci əl avtomobillərinə üz tutur. Bu, bazara o qədər də böyük təsir göstərmədi.
Bunun ardınca isə hökumətin qəbul etdiyi qərar, hibrid avtomobillərə tətbiq edilən güzəştli gömrük rüsumunun aradan qaldırılması qiymətlərin artmasına səbəb oldu. Həm beynəlxalq amil, həm də daxili bazarla bağlı hökumətin qəbul etdiyi qərar son nəticədə qiymət artımı ilə nəticələnir.
Hazırda əhalinin böyük əksəriyyəti Çin avtomobillərinə üz tutur və bu avtomobillərin bazardakı payı artır və digər avtomobillərin avtomatik olaraq payı azalır. Amma 2026-cı ildə verilmiş iqtisadi proqnozlar göstərir ki, avtomobillərin qiymətində qiymət azalması olmayacaq. Çünki bazar passiv olsa da, avtomobillərin gətirilmə xərcləri, gömrük rüsumları, habelə satış qiymətləri onların qiymətinin artımına səbəb olur".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












