Yeni ildən bu modellərə keçid başlayır - Bu avtomobillər tarixə qovuşur

Çin maşını yoxsa ənənəvi markalar arasında tərəddüd edənlər artıq seçim qarşısında qalmayacaq. Avtosfer.az xəbər verir ki, büdcəsi az olan avtomobil həvəskarlarına onsuz da Çin maşınlarından başqa seçim qalmayacaq. Çünki nəhəng avtomobil markaları artıq ucuz versiyalardan imtina edir. Son illərdə artan istehsal xərcləri, sərtləşən ticari qaydalar və dəyişən istehlakçı seçimləri avtomobil markalarını köklü qərarlar almağa məcbur edir. Bu prosesdə ən çox təsirlənən seqment isə münasib qiymətli avtomobillər oldu. Yaponiyanın Nissan avtomobil zavodu 20 min dollardan aşağı başa gələn Nissan Versanı istehsaldan çıxarır. Nissan rəhbərliyi bununla bağlı rəsmən açıqlama verib. Çətin bir dövrdən keçən Nissan ABŞ bazarında ən münasib qiymətli avtomobil mövqeyində olan Versa modelinin istehsalını dayandırmaq qərarı aldı.
Beynəlxalq bazarda “ən ucuz sıfır avtomobili” bəlli oldu Versa-nın bazardan çəkilməsi təkcə Nissan-a deyil, bütün bazara təsir etdi. Bu dəyişikliklə birlikdə ABŞ-də satılan ən ucuz sıfır avtomobil ünvanı da dəyişdi. İndiyədək ən ucuz maşın Versa idisə, hazırda yeni siyahıda 22 min dollar başlanğıc qiyməti ilə 2026 Hyundai Venue yer alır. Sedan seqmentində isə ən münasib seçim 23 min 385 dollardan başlayan Kia K4 oldu.
Sedan avtomobillər tarixə qovuşur
Sektor analizləri göstərir ki, avtomobil istehsalçıları aşağı mənfəətə görə sedan modellərindən sürətlə uzaqlaşır. Markalar daha yüksək qazanc gətirən SUV və elektrikli avtomobil seqmentlərinə yönəldikcə, istehlakçılar üçün “büdcəyə uyğun sıfır avtomobil” anlayışı da tarixə qovuşur. Sedanların yerini SUV modelləri tutur. Nissan hazırda Sentra və Altima kimi daha yuxarı seqment sedanlar barəsində də düşünür. Şirkət Kicks kimi kompakt SUV modellərinə üstünlük verəcək (Bizim.Media).
16 minə də satılır, 32 minə də - Hansı real qiymətdir?
Azərbaycanda yol müfəttişləri vaxtilə bu motosikletlərlə xidmət aparıblar
Ziyan milyardlarla ölçülür, şirkət nəticədən razıdır
Əgər hansısa parkinq ləğv olunursa, alternativlər təqdim edilməlidir
Bu sürücülərin "prava"sı əlindən alınacaq - SƏBƏB NƏDİR?
Avtomobil idxalına görə rüsumlar 25 faiz artırılacaq
Süni intellekt avtomobil dələduzlarının xidmətində
Bu maşınlar operativ nəqliyyat vasitələri hesab ediləcək
Dizel mühərrikli avtomobillər qadağan edilir? - VİDEO
Rusiyanın tanınmış avtomobil istehsalçısının növbəti geriləməsi
Azərbaycanda bu avtomobillər bahalaşdı








