Yeni nəqliyyat vergisi tətbiq ediləcək

Almaniya Bundestaqının aşağı palatası yeni yol vergisinin (federal yollar və avtobanlara görə gediş haqları) tətbiqi planını təsdiq edib. Həmin sənəd xarici avtomobil sürücülərinə diskriminasiya xarakteri daşıdığına görə dəfələrlə sərt tənqidə məruz qalıb. Plana əsasən, yeni vergi sistemi 2016-cı ildən tətbiq olunmağa başlayacaq. Sürücülər vergini 10 günlük, 2 aylıq və ya 1 illik ödəyə bilərlər və bunun üçün ödənişi təsdiq edən qəbz almalıdırlar. Belə ki, 10 günlük və 2 aylıq gediş haqqı müvafiq olaraq 10 və 20 avroya başa gələcək. Bir illik vergi isə avtomobilin mühərrikinin həcmindən və karbon tullantılarından asılı olaraq maksimum 130 avro təşkil edəcək. Vergi bütün avtomobillərə tətbiq olunacaq. Lakin mövcud qanunvericiliyə görə, yerli sürücülər üçün müəyyən güzəştlər nəzərdə tutulduğundan onlar nisbətən az vergi ödəyəcəklər. Almaniya hökuməti yeni vergidən il ərzində təxminən 500 milyon avro gəlir gözləyir və bu vəsaitlərin avtomobil yollarının saxlanılmasına yönəldiləcəyini bəyan edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












