Yeni nəsil “Mercedes E” seriyasının yeni görüntüləri yayıldı - FOTO

G60 kuzova sahib olan yeni “BMW 5” seriyasından bir neçə həftə əvvəl təqdim ediləcək “W214 Mercedes E” seriyası əlavə yüklənən üç yeni fraqman şəkli ilə gündəmdə qalmağı bacardı. Avtosfer.az xəbər verir ki, avtomobilin salonuyla bağlı görüntülər əvvəl təqdim olunduğu üçün bu dəfə W214 kodlu yeni E seriyasının xarici dizaynına aid bəzi fotoşəkillər paylaşılıb.
"Eyni dizayn, fərqli uzunluq" devizi ilə məhsul çeşidini yeniləyən “Mercedes”, yeni E seriyasında da eyni münasibəti nümayiş etdirir. Bəziləri, hətta onu E seriyasının yeni nəsli yox, yeni dizayn olunmuş versiyası hesab edə bilər. Yayıl an fraqman şəkillərinə baxdığımızda dəniz mavisi rəngində olan modelin AMG üslublu qara disklərə sahib olduğunu görürük. Ön bamperin yalançı hava girişlərində isə çoxlu sayda üçdilli ulduz loqoları yer alır.
Keçən həftə yayılan gizli çəkilmiş videosunda minimal kamuflyaja sahib olan yeni nəsil E seriyasının dizaynı ilə bağlı bir çox ipucu verilmişdi. Gizlənə bilən qapı tutacaqları ilə S seriyasını xatırladan yeni nəsil E seriyası olduqca tərz yan profilə sahibdir.
İnteryerdə isə bizi çoxlu yeni dəyişikliklər gözləyir. MBUX Supersceen adı qoyulan məlumat-əyləncə sistemi yeni E seriyasına əlavə edilib. Salonda bizi üç nəhəng ekran qarşılayır. Bundan əlavə, avtomobilin içərisində videokonfranslar üçün yüksək ayırdetmə funksiyasına sahib kamera yerləşdirilib.
Qeyd edək ki, yeni “Mercedes-Benz”in E seriyası bugün təqdim olunacaq. Bu ilin ikinci yarısında satışa çıxarılması gözlənilən “W214 Mercedes E” seriyası həm sedan, həm də furqon variantları ilə istehlakçılara təqdim ediləcək.
Nərmin Əkbər
Azərbaycanın avtomobil hissələrinin idxalına çəkdiyi xərci 13 faiz azalıb
Dizel mühərrikli avtomobillərlə bağlı AÇIQLAMA
Payızdan avtomobillər bahalaşa bilər - AÇIQLAMA
Yay istirahəti başa çatdı - AVTOMOBİLDƏ BUNLARI EDİN
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR












