Yeni “Subaru Wilderness” tanıtımı ilə qapımızı döydü - FOTO

“Subaru” yeni modeli olan “Wilderness” üzərində işləməyə tam sürətlə davam edir. Marka “Wilderness” ailəsini genişləndirmə planlarını ictimaiyyətlə bölüşən təqdimatla qarşımıza çıxır.
Avtosfer.az xəbər verir ki, 5 apreldə təşkil olunacaq New York Avtomobil Sərgisində modeli görəcəyik.
Avtomobilin xarici görüntüsünə baxdığımız zaman sağ alt qismində özünü göstərən çirk və palçığa, əsasən nişanın, qanadın təkər tağının yaxınlığında yerləşdirildiyi qeyd edə bilərik. Digər tərəfdən isə “Wilderness”, “Forester” və “Outback” üçün əvvəlki paketlərdə gördüyümüz eyni şeyi qarşımıza çıxararsa bu nişanın qapıda olması ehtimalı da mümkündür.
Pərdə arxasında danışılanlar hal-hazırda modellə bağlı dəqiq məlumat verməsə də “Subaru”nun “WRX”, “Legacy” və ya “İmpreza”nın “Wilderness” versiyasını gətirəcəyi düşünülmür. Belə olduğu zaman “Solterra”, “Ascent” və “Crosstrek” modelləri ehtimallar sırasına daxil olur.
Bu məqamda işarələr “Crosstrek”i daha çox göstərir. Əldə olan informasiyalar “Wilderness” nişanlı modelin New-York-da özünü göstərəcəyini deməyə əsas verir. Qeyd edək ki, “Crosstrek” 2022-ci ildə “Subaru”nun ən çox satılan modeli idi və təchizat baxımından olduqca zəngin idi.
Nərmin Əkbər
“Toyota” ilə rəqabətin acı sonu - FOTOLAR
Bakıda ucuz avtomobillər satışa çıxarılır
Bakıda fantastik qiymətə “06” satılır - 89 MİN MANAT! - FOTO
Azərbaycanlıların avtomobil seçimi dəyişir: Hansı markalara maraq artır? - FOTO
Azərbaycanda maşınlar ucuzlaşacaq - Yanvarın 1-dən...
Elektromobillərə güzəşt tələbi: İdxal vergisi satışa necə təsir etdi? - FOTO
Avtomobil təkərini hansı hallarda təmir etmək lazımdır? - Mütəxəssisdən tövsiyələr
“Mercedes” 70-ci illərdəki prototipi hərraca çıxarır – 25 milyon USD - FOTOLAR
"BMW" böyük dəyişikliklərə hazırlaşır: Bəzi məşhur modellər əvvəlki kimi olmayacaq - FOTO
Evində maşını olanların NƏZƏRİNƏ!
"BMW" sahiblərinə qəribə müraciət: Maşını qarajda saxlamayın





















