Yeni “Togg” elektromobilinə sifarişlərin qəbulu başlayır

Türkiyənin yeni “Togg - T10F” elektrik avtomobilinin ilkin sifarişlərinin qəbulu sentyabrın 15-də, Almaniyada isə sentyabrın 29-da başlayacaq. Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə “TOGG” idarə heyətinin sədri Fuat Tosyalı məlumat verib. O bildirib ki, Avropa istehlakçıları “Togg”un bir sıra modelləri ilə sentyabrın 9-da Münxendə açılacaq “IAA Mobility 2025” Beynəlxalq Avtomobil Sənayesi Sərgisi çərçivəsində tanış ola biləcəklər.
Onun sözlərinə görə, Türkiyə istehsalı elektromobillər Almaniyadan sonra digər Avropa ölkələrində də satışa çıxarılacaq. “Biz “Togg”un Avropada ən populyar elektromobillər sırasına daxil olması üçün əlimizdən gələni edəcəyik”, – deyə Tosyalı bildirib və “Togg” modellərinin ən sərt təhlükəsizlik tələblərinə cavab verdiyini vurğulayıb.
O, “T10F” modelinin dörd modifikasiyada hazırlanacağını, bunun isə ən geniş avtomobilsevər auditoriyasının gözləntilərini qarşılamağa imkan verəcəyini qeyd edib.
“T10F” elektromobili yeddi hava yastığı ilə təchiz olunub, batareyanın 20 faizdən 80 faizə qədər doldurulması yarım saatdan az vaxt aparır. Ayrı-ayrı modifikasiyalarda birdəfəlik enerji yığımı ilə yürüş məsafəsi 623 kilometrə çatır”, – deyə “TOGG” idarə heyətinin sədri bildirib. O əlavə edib ki, Türkiyə istehsalı olan elektromobillər müasir elektrik avtomobilinin bütün üstünlüklərinə malikdir.
Avtomobillərin qiymətləri ilkin sifarişlərin qəbuluna başlandığı gün açıqlanacaq.
Maşını olmayanların üzünü güldürəcək ŞAD XƏBƏR
Əfsanəvi “Canavar” satışa çıxarıldı - FOTOLAR
Tesla “Cybertruck” istehsalını dayandırır: Bir dövrün sonu
Saxlanılması ən baha başa gələn avtomobil markaları AÇIQLANIB
Yeni üstünlük səviyyəsi: Mercedes-Benz modelləri üçün xüsusi qiymətlər - FOTO
Maaşınız gecikirsə əlavə pul almalısınız - VƏKİL
Azərbaycanda avtomobil istehsalına 6 illik güzəşt: Qiymətlər düşəcəkmi?
Avtomobil sənayesi üçün yeni güzəşt
"İkinci əl" avtomobil satışında YENİ QAYDALAR
Avtomobilin boyasını necə qorumalı?
Dizellə işləyən maşınlar qadağan edilir?












