Yeni yol salındı - Vergilər Nazirliyinin yanına başqa yolla da getmək olar - FOTO

Xəbər verdiyimiz kimi, dünən Bakıda Nəriman Nərimanovun heykəli, Hüseyn Cavid və Parlament prospektləri ətrafında yeni çəkilən yolların, bu ərazidə yenidən qurulan küçə və prospektlərin, yeni salınan parkların açılışı olub. Avtosfer.az-ın məlumatına görə, paytaxtın Həsən Seyidbəyli, Nəriman Nərimanov, Mikayıl Müşfiq, İsmayıl bəy Qutqaşınlı, Mehdi Hüseyn, Kazım Kazımzadə, Məmməd Rahim küçələrində ən yüksək səviyyədə əsaslı təmir və yenidənqurma işləri aparılıb, yeni küçə - Qurban Xəlilov küçəsi və ərazidə yeni parklar salınıb. Mikayıl Müşfiq küçəsində yolun hərəkət hissəsi genişləndirilərək yenidən inşa edilib.
Yolun Nəriman Nərimanovun heykəlindən Parlament prospektinə qədər, Həsən Seyidbəyli küçəsindən Süleyman Tağızadə küçəsinədək olan hissələrində 35 min kvadratmetr asfalt beton örtüyü əsaslı təmir edilib.
Avtosfer.az bildirir ki, Mikayıl Müşfiq küçəsində yol genişlənməklə yanaşı, piyada keçidi də salınıb. Bundan əlavə, yeni işıqfor quraşdırılıb. Lakin piyada keçidinin yanında keçid barədə yol nişanlarının qurulması deyəsən, yaddan çıxıb. Eyni zamanda, avtobus dayanacağı barədə əvvəlki yol nişanları da yoxa çıxıb. Daha doğrusu, təmirdən sonra nişanlar yerinə qoyulmayıb.
Yeni çəkilən yollardan fotoları təqdim edirik.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


























