Yenilənən “Tesla Model 3”ün yeni fotoları ictimailəşdi - FOTO

Elektromobil avtomobil istehsalçısı “Tesla” uzun müddətdir ki, “Model 3”ün dizaynı üzərində işləyir. “Project Highland” adlandırılan layihə çərçivəsində avtomobil sınaqdan keçirilərkən görüntülənib. Avtosfer.az xəbər verir ki, avtomobilin bəzi kamuflyajsız görüntüləri Reddit-də paylaşılıb.
Reddit istifadəçisi “ffiarpg” tərəfindən paylaşılan fotoda ön tərəfi aydın görünən və üzərində heç bir logo olmayan “Model 3”ün şahidi oluruq. Şəkilə baxdığımızda isə nəqliyyat vasitəsinin qapalı ərazidə olduğunu və digər tərəflərinin də üzlüklə örtüldüyü diqqətdən qaçmır.
Həvəskar sosial şəbəkə istifafəçisi tərəfindən sızdırılan bu avtomobil həqiqətən də yenilənmiş “Model 3”dürsə, indiki versiya ilə müqayisədə əsaslı dəyişikliklər edildiyini qeyd edə bilərik. Yenilənmiş faralar qrupu “Model S” və “Roadster” faralarının qarışığına bənzəyir. Daha aqressiv və incə farlara əlavə olaraq, bamperdə də müxtəlif sport detallar gözə çarpır. Arxa tərəfi görünməsə də, orada da böyük dəyişikliklərin ediləcəyi çoxları tərəfindən bildirilir.
Sükanla bağlı hər hansı fotoşəkil olmasa da, şirkətin orada da müəyyən dəyişikliklər edəcəyi düşünülür. Paylaşılan şəklin real olub-olmadığı hələlik bilinməsə də, modelin “Tesla”dakı bəzi qaynaqlar tərəfindən yayılan Project Highland məlumatlarıyla üst-üstə düşdüyünü vurğulamaq mümkündür.
Nərmin Əkbər
Ev şəraitində və stansiyalarda şarj edilən avtomobillərin yürüşündə hansı fərqlər var? - VİDEO
Bu avtomobilin təkərləri həm 60 kilometrdən bir dəyişdirilməlidir
Avtomobil şüşəsilənləri belə ortaya çıxıb
Bakıda “Ferrari”lər "Formula-1" trekində yarışdı - VİDEO
Bu halda maşınınızı əlinizdən ALACAQLAR
Traktorun ön və arxa təkərləri niyə fərqli ölçüdədir?
"Volkswagen" 208 min avtomobili geri çağırır - SƏBƏB
Pekində 720 kilometr, Parisdə 580: Çin avtomobilində maraqlı fərq
Sürücülərin NƏZƏRİNƏ: Bu avtomobillər tamamilə yığışdırılır?
Rusiyada 30-cu illərə “kişi kimi” qayıdış - FOTOLAR
Bu maşınların təmir xərcləri baha başa gəlir














