Yerli elektrik avtomobil istehsalı qiymətlərə təsir edəcək?

Azərbaycanda yerli istehsal kimi tanınan “Xəzər” markasının hibrid və elektrik avtomobillərinin istehsalı nəzərdə tutulur.
Bu halda ölkədə elektrik avtomobilləri ucuzlaşa bilər?
Avtosfer.az xəbər verir ki, mövzu ilə bağlı TodayPress TV-yə danışan nəqliyyat eksperti İlqar Hüseynli bildirib ki, bu istehsalın bazarda ciddi ucuzlaşmaya səbəb olacağı gözlənilmir.
O xatırladıb ki, son illər hibrid və elektrik avtomobillərinin ölkədə təşviqi məqsədilə bu nəqliyyat vasitələri gömrük rüsumlarından, aksiz vergisindən və ƏDV-dən üç il müddətinə azad edilib. Bu güzəştlər əsasən ekoloji tarazlığın qorunması və ətraf mühitə zərərin azaldılması məqsədi daşıyırdı.
Ancaq 2026-cı ildən etibarən bu güzəştlərin qüvvədən düşməsi artıq qərarlaşdırılıb və bu, istər hibrid, istərsə də elektromobillərin qiymətlərində bahalaşmaya səbəb olacaq:
"Gömrük rüsumları və ƏDV azadolmaları ləğv edildikdən sonra hibrid və elektromobillərdə qiymət artımı qaçılmazdır. Buna baxmayaraq, əgər bazarda tələbat qalarsa, vətəndaşlar yenə də Çin, Yaponiya və Almaniya istehsalı olan bu tip nəqliyyat vasitələrinə üstünlük verəcəklər".
Ekspert hesab edir ki, “Xəzər” markasının hibrid və ya elektrik avtomobil istehsalı daxili bazarda rəqabət baxımından hələlik güclü mövqeyə malik deyil:
"İstər hibrid, istər qeyri-hibrid və ya qeyri-elektrik mühərrikli avtomobil istehsal olunsun, bu gün "Xəzər" markasının daxili bazarda ciddi alıcılıq qabiliyyəti və rəqabət üstünlüyü yoxdur. Bu səbəbdən həmin istehsal ümumi qiymətlərə əhəmiyyətli təsir göstərməyəcək".
İlqar Hüseynli əlavə edib ki, yerli istehsal olan hibrid və elektrik “Xəzər” avtomobillərinə əsasən taksi şirkətləri maraq göstərə bilər, lakin bu da bazarda çox kiçik pay təşkil edəcək.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












