Yol kənarında salınan təpəcikləri indi də sökürlər – FOTO+VİDEO

«Azəryolservis» Açıq Səhmdar Cəmiyyəti yolların hərəkət hissəsini yüksək keyfiyyətlə təmir edərək nəqliyyat vasitələrinin rahat və maneəsiz şəkildə hərəkətini təmin etməklə yanaşı, avtomobil yollarında piyadaların da rahat və təhlükəsiz hərəkətini təmin etmək istiqamətində addımlar atır. «Azəryolservis»-dən Avtosfer.az-a verilən məlumata görə, növbəti bu cür addım Bakı-Şamaxı-Yevlax avtomobil yolunun “Hökməli dairə”sindən Müşviqabad qəsəbəsinə qədər olan hissəsində atılır. iyada səkilərinin tikintisi sözügedən ərazinin yaşayış məntəqələrindən keçən hissəsində aparılır. Yol boyu hər iki istiqamət üzrə salınan səkilərin eni 1,5 metrdir. Səkilərin kənarlarına səki daşları düzülür, üstü isə asfaltlanır.
Avtomobil yolundan səth sularının kənarlaşdırılması üçün tikintinin aparıldığı ərazilərdə drenaj sistemi qurulur. Bundan başqa mövcud olan avtobus dayanacaqlarının ərazilərində sərnişin avtobuslarının rahat giriş-çıxışını təmin etmək və ümumi hərəkətə mane olmamaq məqsədi ilə xüsusi “cib”lər yaradılır. “Cib”lərin uzunluğu 30 metr, eni isə 3 metrdir.
Bakıdan Şamaxı istiqamətində, “Hökməli dairəsi”nə çatmamış yolun sağında olan süni yaşıllıq təpəciyinin sökülməsi işləri aparılır. Bununla da yolun hərəkət hissəsi xeyli genişlənəcək. Nəticədə nəqliyyat vasitələri daha rahat və maneəsiz şəkildə dairəyə daxil olaraq hərəkətlərinə davam edə biləcəklər. Təmir-tikinti işləri “Azəryolservis” ASC rəhbərliyinin nəzarəti altında tərtib olunmuş qrafikə uyğun həyata keçirilir və vaxtında yekunlaşdırılması üçün əraziyə lazımi sayda qüvvə cəlb olunub.
Emin
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR




















