Yol nişanları bir-birinə zidd olarsa sürücü nə etsin? - DYP-dən açıqlama

Bəzən yollarımızda yol nişanları ilə nişanlanma xətti arasında ziddiyət olur. Yol nişanı düzünə hərəkəti göstərir, asfalt üzərindəki nişanlanma xətti isə həm düzünə, həm də sağa və ya sola dönməyə icazə verir. Qanunvericiliyin tələbinə görə, heç bir yol nişanı nişanlanma xətti ilə ziddiyət təşkil etməməlidir. Varsa, dərhal aradan qaldırılmalıdır. Yol nişanı ilə nişanlanma xətti arasındakı ziddiyətə görə isə sürücü məsuliyyət daşımamalıdır. Lakin təcrübədə görürük ki, bu cür situasiya ilə rastlaşan sürücülər yol polisi tərəfindən cərimə olunur. Yol polisinin əsas kimi irəli sürdüyü arqument isə budur ki, yol nişanı ilə nişanlanma xətti arasında ziddiyət varsa, sürücü yol nişanını əsas tutmalı və nişanın tələbinə uyğun hərəkət etməlidir.
Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyev də Avtosfer.az-a açıqlamasında bildirdi ki, sürücülər yolda hərəkət zamanı bu cür ziddiyətli məqamlarla rastlaşdıqda yol nişanını üstün tutmalıdır: «Sürücü hər bir halda yol nişanına baxmalıdır. Asfalt üzərinə nişanlanma xətti çəkilərkən ziddiyət aşkar olunduqda həmin xəttin silinməsi çətin olur. Bəzən həmin xəttin üzərini boya ilə bağlamaq istəyirlər, lakin bir müddət keçəndən sonra həmin xətt yenə görünür. Amma nişan elədir ki, quraşdırılır, lazım olmayanda da çıxarılır. Qanunda göstərilir ki, müvəqqəti nişanlar ziddiyət təşkil edirsə, yol nişanlarını əsas götürsünlər. Yəni, qanunda ancaq müvəqqəti nişanlarla bağlı müəddəa var. Bununla yanaşı, bizim sürücülərə tövsiyyəmiz odur ki, yol nişanının tələbi nədirsə ona riayət etmək lazımdır».
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










