Yol nişanları ilə bağlı müəmma - VİDEO

Bir neçə gün əvvəl Bakının Neftçilər prospektində – «Dalğa Plasa»nın qarşısında sürət həddinin 60 km/saatdan 80 km/saata qaldırılması barədə məlumat vermişdik. Bildirmişdik ki, qarşıda əsas yola iki yolbirləşməsi olsa da, nişanlar təkrarlanmır. Bu da sürücüləri çaşdırır. Həm də, radara düşmək təhlükəsi də var.
Bu gün isə mövzu ilə bağlı Xəzər xəbər araşdırma aparıb.
İlk baxışdan hər şey normal görünür. Sürücüləri çaşdıran məqam yolayrıclarında və birləşmələrində yaşanır. Bayraq meydanı istiqamətində əsas yola iki əlavə yol birləşir. Amma həmin hissədə sürət həddini göstərən nişanlar yoxdur. Bu isə sürücülər üçün problemlər yaradır. Xüsusən də əsas yolda hərəkət edənlər üçün
Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun sözlərinə görə bu yol nişanları ilə bağlı qanunvericiliyin tələbləri pozulub.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədovun sözlərinə görə yol nişanları ilə bağlı qanunvericiliyin tələblərinin pozulub pozulmamasını yalnız əraziyə baxış keçirəndən sonra demək olar. "Mən gedib o yola baxmalıyam. Yalnız bundan sora deyə bilərəm ki, yol birləşməsi və ayırıcında nişan olmalıydı ya yox. İndi heç nə deyə bilmirəm''.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












