Yol polis məktəblərin ərazisində reyd keçirir – Dayanma-durma - VİDEO

“Bilik Günü” ilə əlaqədar məktəblərin qarşısında tıxacların yaranmasının qarşısını almaq üçün Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi səhər saatlarından gücləndirilmiş iş rejiminə keçib. Xüsusən şəhərin mərkəzində yolun hərəkət hissəsində saxlayan avtomobillərin qanunsuz parklanmasına qarşı tədbirlər effekt versə də, müəyyən qədər sıxlıq da müşahidə olunub. Bu da tədris ilinin ilk günü üçün təbii hal hesab olunur. Amma təbii olmayan hallar da vardı.
Yolun ortasında yuxulayan sürücülərə də rast gəldik. Avtomobili olsa da, həm özünün həm, də başqalarının rahatlığını pozmayan valideynlər də az deyil. Dayanacaq axtaran sürücülərin tıxac yaratması da yaşandı.
Hərəkətin intensivliyinə mane olanlar cərimə tətbiq etməklə, avtomobilləri evakuatorla cərimə meydançasına göndərilməklə cəzalandırdılar.
BŞDYPİ-nin şöbə müdiri Vaqif Əsədov bildirib ki, yol polisi olmadan hər kəs «Yol hərəkəti haqqında» qanunun tələblərinə uyğun olaraq hərəkət etsəl belə problemlər yaranmaz.
Paytaxtda uzunmüddətli tıxacların və sıxlığın olmamasının bir səbəbi də sentyabrın 15-dən paytaxta rayon dövlət nömrə qeydiyyat nişanlı avtomobillərin girişinə məhdudiyyət qoyulmasıdır.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










