Yol polisi bu dəfə piyadalara müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi əhaliyə müraciət edib. İdarənin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Kamran Əliyev bildirib ki, son günlərdə ölkədə piyadaların ölümü ilə nəticələnən yol qəzaları xeyli artıb: "İnsanlar harada gəldi yolu keçir, müəyyən olunmamış yerlərdən əks tərəfə keçməyə çalışırlar. Xüsusilə, gecə saatlarında və yağmurlu hava şəraitində piyadaları görmək çox çətinləşir. Bu səbəbdən həm sürücülərə, həm də piyadalara müraciət edərək bildiririk ki, maksimum ehtiyatlı olsunlar, həyatlarına ciddi yanaşsınlar. Havaların soyuması ilə insanlar daha çox tünd rəngli üst geyimləri geyinir. Bu da sutkanın qaranlıq vaxtı sürücülərin piyadaları görmək imkanını çətinləşdirir".
Qeyd edək ki, son sutka ərzində ölkədə baş verən yol qəzalarında 7 piyada həyatını itirib.
lent.az
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












