Yol polisi bu gündən bu maşınları cərimələməyə başlayıb - VİDEO

Rusiya və MDB-də istehsal olunan maşınlar üçün texniki baxış müddəti başa çatdı. ANS-in məlumatına görə, bu gündən etibarən avtomobilini texniki baxışdan keçirməyən sürücü məsuliyyətə cəlb ediləcək. BŞBDYPİ-nin şöbə rəisi Vafiq Əsədov bildirdi ki, hazırda ölkənini avtomobil parkının 35-40 faizini Rusiya və MDB ölkələrində istehsal olunan avtomobillərdir. Bu günə texniki baxışdan keçənlərin 15 faizə qədər oduğunu nəzərə alsaq məsuliyyətə cəlb olunan sürücülərin sayının kifayət qədər olacağını demək olar.
Vaqif Əsədov onu da qeyd etdi ki, texniki baxışdan keçirmədiyinə görə, protokol tərtib edilərsə cəriməni ödəməklə yanaşı texniki baxışdan keçməsi üçün 10 gün vaxt verilir. Əks halda avtomobilin idarə olunması qadağan edilir. Texniki cəhətdən nasaz avtomobillərin idarə edilməsi qanunla qadağandır. Şöbə rəisi bildirdi ki, texniki baxışın məqsədi tam yararsız avtomobillərin aşkar edilməsi, onların paytaxtın küçə və yollarında hərəkətini məhdudlaşdırmaqdır. Xarici görünüşü səliqəsiz, istismar müddəti bitmiş, detalları çürümüş olan avtomobillərə qarşı tədbir görüləcək. Texniki baxışı təyin edilmiş qrafik və nəqliyyat vasitələrinin buraxılma ilinə görə müəyyənləşdirilir. Belə ki, son 4 ildə istehsal olunmuş avtomobillər ən azı bir dəfə, istehsal müddəti 10 ilə qədər olunanalar 2 ildən bir, 10 ildən çox olan avtomobillər isə ildə bir dəfə texniki baxışdan keçməlidir. Texniki baxış üçün dövlət rüsumu avtomobillər üçün 20 manat, motosikletlər, avtomobil qoşquları üçün isə 10 manat cıvarında nəzərdə tutulub.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










