Yol polisi dayanma-durma qaydalarını pozanları kamera ilə çəkməyə başladı-DİQQƏT - VİDEO

Avropa Oyunları zolağına məhəl qoymayan sürücülərə qarşı tədbirlər nəticə verir. Artıq 11 günə 1700-ə yaxın sürücü cərimələnib. Amma müşahidə kameraları vasitəsi ilə aparılan araşdırmalar onu göstərir ki, ilk günlə müqayisədə belə qayda pozanların sayı günbəgün azalır.
Müşahidə kameraları mərkəzində Avropa Oyunlar zolaqlarının çəkildiyi küçə və prospektlərə gün boyu növbəli şəkildə 20-25 polis nəzarət edir. Əgər hansısa sürücü həmin xəttə daxil olarsa dərhal ona elektron pratakol tərtib edilərək 3 gün müddətində ünvanına göndərilir.
Avropa oyunları zolağı olan ərazilərdə yol kənarında dayanma durma-qaydaları ən çox Nərimanov rayonu Atatürk prospektinin hər iki tərəfində pozulduğunu deyir.
Avropa Oyunlar zolağı ilə hərəkətə görə cərimə 40, dayanma durma qaydasına görə isə 20 manat cərimə yazılır. Əgər bu gün ərzində bir neçə dəfə təkrarlanarsa hər birinə görə ayrılıqda göstərilən cərimələri ödəməli olacaq.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












