Yol polisi gecə Bakıda postlar qurmağa başladı - RƏSMİ AÇIQLAMA

Son günlər paytaxt Bakıda gecə saatlarında yol polisləri post qurmağa başlayıb. Avtosfer.az-ın məlumatına görə, müxtəlif yerlərdə yolun hərəkət hissəsində dayanan yol polisi əməkdaşları yolda hərəkəti məhdudlaşdıraraq bütün avtomobilləri bir-bir saxlayıb yoxlayırlar. Bəzi hallarda heç bir xüsusi vasitə tətbiq olunmur və sadəcə sürücülərdən spirtli içki qoxusu gəlib-gəlmədiyini yoxlayıb sərbəst buraxırlar. Sərxoşluq şübhəsi olan sürücülər isə saxlanılaraq tibbi müayinə mərkəzinə aparılır.
Avtosfer.az məsələ ilə bağlı Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədova müraciət edib. DYP rəsmisi bildirib ki, həqiqətən də son günlər Bakıda gecələr yol polisi əməkdaşları tərəfindən postlar qurulur və sərxoş sürücülərlə bağlı yoxlama aparılır: «Bu kimi postların qurulması avtomobili sərxoş halda idarə edən sürücülərin aşkarlanması ilə bağlıdır. Ən azından, günün qaranlıq vaxtı yol polislərinin «saxla» işarəsinə əhəmiyyət verməyərək məsuliyyətdən yayınmağa çalışan sürücülərin qarşısı həmin postlarda alınır. Artıq ötən günlə müqayisədə sərxoş halda avtomobilin idarə edilməsi faktlarının sayı aşağı düşüb ki, bu da yaxşı göstəricidir».
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










