Yol polisi Gəncədə reyd keçirdi: 100-ə yaxın sürücü cərimələndi

Gəncə Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsi əməkdaşları yol hərəkəti qaydalarını pozan sürücülərə qarşı reyd keçirib. Avtosfer.az-ın "report"a istinadən məlumatına görə, reyd əsasən avtomobili sərxoş halda və ya sənədsiz idarəetmə, avtomobillərin konstruksiyasında qanunsuz dəyişikliyə yol vermə, əlavə səs siqnalları, işıqlar, eyni zamanda görməni məhdudlaşdıran pərdə və plyonkalardan istifadə hallarına qarşı təşkil olunub. Şəhərin Nizami və Atatürk prospektlərində keçirilən reyd zamanı qeyd olunan qayda pozuntularına yol verən 100-əyaxın sürücü aşkar edilib. Saxlanılan sürücülər yerində cərimə olunub və 12 nəqliyyat vasitəsi istismarı dayandırılaraq cərimə meydançasına aparılıb. Avtomobillərdə pərdə və plyonkalardan istifadəyə icazə müddəti başa çatdığından yol polisi əməkdaşları bu qaydaya əməl etməyən sürücülərə qarşı reydləri davam etdirəcək.
Xatırladaq ki, qaydalara uyğun olaraq nəqliyyat vasitələrində pərdə və plyonkalardan istifadə müddəti mayın 1-dən noyabrın 15-ə kimi idi.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı












