Yol polisi genişmiqyaslı reydlərə başlayır

Yol polisi dekabrın 1-dən etibarən Bakıda genişmiqyaslı reydlərə başlayacaq. Avtosfer.az xəbər verir ki, bu barədə milli.az-a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildiriblər. İdarədən verilən məlumata görə, əsas hədəf ilk növbədə sərnişindaşıma sektoru olacaq. Yol polisi qayda-qanunları pozan avtobus və taksi fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərə qarşı sərt mübarizə tədbirləri həyata keçirəcək. Ona görə də bu sahədə fəaliyyət göstərən bütün hüquqi və fiziki şəxslərə indidən işlərini qaydaya salmaq və qanunun tələblərinə ciddi şəkildə əməl etmək tövsiyə olunur. Bundan başqa, yol polisləri toy mövsümünün başlanması ilə əlaqədar sərxoş, həmçinin "toy karvanları"na qoşularaq qaydaları pozan avtomobil sürücülərinə də qarşı mübarizəni gücləndirəcəklər.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












