Yol polisi ilə sürücünün daha bir videosu; hər ikisi səhv edir - VİDEO

Sosial şəbəkələrdə dövlət yol polisi əməkdaşı ilə sürücü arasında mübahisəni əks etdirən video yaranıb. Əksəriyyəti bu videonu paylaşaraq yol polisini törətdiyi xətanı sürücüyə sübut edə bilməməkdə günahlandırır. Lakin yol hərəkəti üzrə ekspert Ərşad Hüseynovun bu videoya verdiyi şərhdən məlum olur ki, əslində, elə sürücünün də böyük və kobud səhvləri var. Video yay aylarında çəkilsə də «Youtube» sosial şəbəkəsinə dekabrın 9-da Fəzail Allahyarov tərəfindən yerləşdirilib. Burada sürücünün yol polisləri ilə kobud davranışı və bir növ hədə-qorxu dolu sözləri də diqqətdən yayınmamalıdır.
Ərşad Hüseynovun Avtosfer.a- bu video ilə bağlı yazdığı şərhi təqdim edirik: «Videoya diqqətlə baxdım. Sürücü və DYP əməkdaşı arasındakı dialoqdan belə məlum olur ki, DYP əməkdaşları sürücünü yolun əks istiqamətli hərəkət zolaqlarını ayıran bütöv tək xətti (1.1 nişanlanmasını) kəsərək ötmə manevri etməkdə təqsirləndirmək istəyirlər. Əgər belədirsə, dialoqdakı personajların hər ikisi kobud səhvə yol verirlər. Sürücü iddia edir ki, yalnız ötməni qadağan edən 3.20 nişanı olduqda qaydaları pozmuş hesab edilə bilər. DYP əməkdaşı isə yanlış olaraq sürücünün həmin əməlini ötmə qaydalarını pozma kimi deyil, bütöv nişanlanma xəttinin sol tərəfinə keçməklə əks istiqamətdə hərəkətini davam etdirmə kimi qiymətləndirilməyə cəhd edir. Yəni o, sürücünü faktiki olaraq İnzibati Xətalar Məcəlləsinin 60 manat cərimə və 3 bal nəzərdə tutulan 151.2-ci maddəsi ilə deyil, 100 manat və 4 bal nəzərdə tutulan 151.3-1-ci maddəsi ilə məsuliyyətə cəlb etmək istəyir. Digər tərəfdən, videoda hər iki tərəfin çox primitiv və yol hərəkəti qaydalarından uzaq söhbətinin şahidi oluruq. Özü də aşkar görünür ki, hüquqi hazırlığı zəif olan DYP əməkdaşı “Yol-patrul xidməti haqqında” Təlimatda nəzərdə tutulan bəzi xırdalıqları da icra etmir. Sürücü isə onun bu zəifliyini görərək bundan yararlanmağa çalışır. Nəticədə hazırlığı zəif olan, adi terminləri ifadə edə bilməyən DYP əməkdaşı geri çəkilməli olur.
Emin
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var
Çin avtomobilləri ilə bağlı gizli problem üzə çıxdı: Ən böyük risk...










