Yol polisi maşını çirkli olanlara elə sözlər dedi ki… - VİDEO

Rusiyada avtomobili çirkli saxlayan sürücülərə qarşı maraqlı aksiya keçirilib. Çirkli maşın sürən sürücüləri saxlayan yol polisi əməkdaşı əvvəlcə özünü təqdim edir. Sonra şeir deməyə başlayır. Şeirdə maşını çirkli saxlayan sürücülərə təsir edən sözlər ifadə olunur.
Avtosfer.az-ın məlumatına görə, videoda diqqət çəkən başqa bir məqam da var. Maraqlısı odur ki, yol polisi sürücünü saxlayıb özünü təqdim edən kimi sürücülər dərhal sənədləri çıxarıb polisə uzadırlar. Bizdə isə vəziyyətin necə olduğu bəllidir.
Yol polisi əməkdaşının maşını çirkli saxlayan sürücülərə ünvanladığı şeir belədir:
Ay səni çirkin, çirkli donuz balası
Sən boru təmizləyəndə də qarasan.
Bir özünə bax!
Sənin boğazının altında qaraltı, burnunun altında ləkə var,
Sənin elə çirkli əllərin var kı, şalvarın da səndən qaçır.
Mən sizi gördüm, həyatım dəyişdi,
Mən o qızıl vaxtımı xatırladım.
Mənim ürəyimdə istilik yarandı.
Şaxta və günəş....
Görürsən, hava necə gözəldir?
Nəhayət maşını yuyacaqsan?))))
Yeri gəlmişkən, Azərbaycan qanunvericiliyinə görə, avtomobil həddindən artıq çirklidirsə və ətrafa palçıq və tullantı yayırsa sürücü məsuliyyət daşıyır. Bundan əlavə, avtomobilin dövlət nömrə nişanını çirkli saxlayan sürücüləri 40 manat cərimə gözləyir…
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













