Yol polisi maşınların qazını yoxlamağa başladı – Bir ay reyd olacaq - VİDEO

Baş Dövlət Yol Polis İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə respublika ərazisində ''Təmiz hava'' aylığına start verib. Avqustun axırına qədər yol polisi postlarda avtomobillərin havaya buraxdığı dəm qazının faizini yoxlayacaq. Normadan artıq havaya dəm qazı buraxan avtomobilin sürücüsü cərimələnəcək. İlk olaraq paytaxtın şimal girişindəki Baş Dövlət Yol Polis İdarəsinin Ekoloji nəzarət postunda yoxlamalara başlanıb. Yoxlamalar zamanı üzüağ çıxan da oldu, çıxmayan da. İlk olaraq ''Jiquli' markalı avtomobil saxlanıldı. Avtomobilin havaya buraxdığı qazın faizi ölçüldü.
''Təmiz hava'' aylığı tədbirinin keçirilməsində əsas məqsəd havanın çirklənməsinə nəzarətin gücləndirilməsi və atmosferin avtomobillərin ixrac qazlarının tərkibində olan zərərli maddələrlə çirkləndirilməsinin qarşısının alınmasıdır.
Bu arada onu da qeyd edək ki, minik avtomobillərində bu göstərici 3,5 faizə qədər, yük avtomobillərin də isə 2 faizə qədər olmalıdır.
Çəkiliş apardığımız müddətdə Ekoloji Nəzarət Postunda 15-ə yaxın sürücü bu fakta görə cərimələndi. Amma yoxlamalardan üzüağ çıxan sürücülər də oldu.
Daha bir reyd isə Astarada - istirahət mərkəzlərinin yaxınlığında keçirilib. Reyd zamanı təhlükəsizlik kəmərindən istifadə etməyən və avtomobilini texniki baxışdan keçirməyən sürücülər saxlanılaraq, barələrində müvafiq tədbirlər görülüb.
Reyd əsnasında polisin "Saxla!" əmrinə tabe olmayaraq, ətrafdakılara təhlükə törədənlər də oldu.
Çəkiliş qrupuna hücum etməkdən çəkinməyənlər də...
Ümumilikdə 20 sürücü barəsində inzibati protokol tərtib olunub. Bir neçə avtomobil isə cərimə meydançasına aparılıb.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










