Yol polisi nömrədən bayrağı silənlərə xəbərdarlıq etdi

«Nömrə keyfiyyətsiz olsaydı, ola bilməz ki, 1 milyon 320 min avtomobilin 100-də belə hal baş versin»
Bir müddət əvvəl Avtosfer.az saytı avtomobilin dövlət nömrə nişanından bayrağı silənlərlə bağlı məsələ qaldırmışdı. Bəziləri özünə haqq qazandırmaq üçün iddia edirdi ki, nömrənin üzərindən bayrağın silinməsi nömrənin keyfiyyətsiz olması ilə bağlıdır. Lakin Baş Dövlət Yol Polisi İdarəsi məsələyə aydınlıq gətirib və bildirilir ki, burada söhbət nömrənin keyfiyyətindən gedə bilməz. İdarənin şöbə rəisi, polkovnik Kamran Əliyev Avtosfer.az-a bildirib ki, Azərbaycanda qeydiyyatda olan nəqliyyat vasitələrinin sayı 1 milyon 320 mindən çoxdur. Bu qədər nəqliyyat vasitəsinin içərisində təxminən 100 avtomobilin dövlət nömrə nişanında müəyyən qopmalar ola bilər: «Ola bilər ki, avtoyuma məntəqələrində yox, hansısa vasitələrlə, məsələn, şotka ilə sürtmə nəticəsində, müxtəlif zədələrlə siradan çıxsın. Amma götürək elə mənim öz avtomobilimin nömrəsini. 2007-ci ildə aldığım dövlət qeydiyyat nişanı bu gün də avtomobilimin üzərindədir. Heç bir silinmə yoxdur. Nömrə keyfiyyətsiz olsaydı, ola bilməz ki, 1 milyon 320 min avtomobilin 100-də belə hal baş versin. Olsaydı, kütləvi olardı. Nə üçün bayraq məhz bəzi avtomobillərdən silinir? Bu məsələ nömrənin keyfiyyəti ilə bağlı məsələ deyil».
Kamran Əliyev bildirib ki, bəzi sürücülərin düşüncəsinə görə, guya bayrağı nömrədən sildikdə və ya ağartdıqda avtomobil radara və kameraya düşmür: «Bu, tamamilə yalnış fikirdir. Çünki nömrətanıma sistemi yalnız rəqəmlərlə və həriflərlə bağlıdır və buna uyğun informasiya qəbul edir. Heç kim arxayın olmasın ki, nömrənin üzərindən dövlətin atributu olan bayrağı sildikdə kameraya, radara düşməyəcək. Buna inanıb nömrəni qəsdən sıradan çıxaranlara qarşı qanunvericiliklə məsuliyyət nəzərdə tutulub və belə hallar aşkar olunan avtomobilin sürücüsü məsuliyyətə cəlb olunacaq. Əslində, Vətənini, dövlətin sevən hər kəs çalışmalıdır ki, nömrənin üzərindəki bayraqda nəsə kiçik bir solma olarsa, dərhal onu bərpa etsin. Bərpa etmək deyərkən nömrənin üzərinə əlavə rəng çəkmək, başqa üsullardan istifadə etmək nəzərdə tutulmamalıdır. Çünki qanun buna icazə vermir. Bunun üçün həmin şəxs nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsini götürərək Baş Dövlət Yol Polisi İdarəsinin İmtahan-qeydiyyat şöbəsinə müraciət etməlidir. Burada nömrə dəyişilir və ona eynilə həmin nömrənin yenisi verilir və köhnələr təhvil alınır».
DYP rəsmisi nömrəni itirdikdən sonra saxta nömrələr hazırlatdıran sürücülərə də xəbərdarlıq edib. O bildirib ki, müxtəlif üsullarla hazırlanan belə nömrələri DYP-də dəyişdirmək istəyənlərin arzusu reallaşmayacaq. «Yaxşı olar ki, nömrənin itirilməsi ilə bağlı yol polisinə dərhal məlumat versinlər və başqa dövlət qeydiyyat nişanları alsınlar. İtirilmiş nömrə nə vaxtsa tapılarsa, ilk növbədə həmin şəxsin özünə təklif olunacaq».
Elməddin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










