Yol polisi onları kamera ilə izləməyə başladı - FOTOLAR

«İlin əvvəlindən bu günədək Bakıda motosikletçilərin günahı ucbatından 24 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 11 nəfər ölüb, 14 nəfər xəsarət alıb. Polis tərəfindən motosiklet sürücüləri arasında nizam-intizamın yaradılması üçün 300-dən artıq inzibati protokol tərtib edilib. Bu gün 10 motosiklet yol hərəkətindən uzaqlaşdırılaraq müvəqqəti mühafizə olunan dayanacağa aparılıb. Dünən Bakı şəhəri üzrə sərxoş sürücülərlə mübarizə tədbirləri çərçivəsində 5 motosiklet sürücüsünün nəqliyyat vasitəsini sərxoş vəziyyətdə və müvafiq sürücülük kateqoriyası olmadan idarə etməsi aşkarlanaraq barələrində müvafiq tədbirlər görülüb. Yollardakı müşahidə kameraları vasitəsilə gün ərzində onların hərəkəti izlənilir, yol verilən qayda pozuntuları ilə bağlı fotomateriallar hazırlanır». Bunu Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. O təəssüflə bildirib ki, bu gün bəzi gənclər motosikletin nəqliyyat vasitəsi olduğunu unudur, ondan əyləncə və ya adrenalin vasitəsi kimi istifadə edirlər: «Hamı bilməlidir ki, gün ərzində yatmağa üstünlük verib, sonra gecələr paytaxtda yüksək sürətlə motosikleti idarə edənlərin, səsgücləndiricilərlə və müxtəlif təhlükəli oyunlarla ətrafdakıların narahatlığına səbəb olanların qarşısı tərəfimizdən alınacaq».
O bildirib ki, Bakı şəhərinin inzibati ərazisində yol hərəkəti qaydalarını pozaraq yüksək sürətlə hərəkət edən, işıqforun qırmızı işığına məhəl qoymadan nəqliyyat vasitələrinin arasından labirint formalı hərəkətlər edən motosiklet sürücülərinə rast gəlinir. V.Əsədovun sözlərinə görə, motosiklet sürücüləri yollarda hərəkət edərkən digər iştirakçılar kimi yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə borcludurlar: “Motosiklet sürücülərinin müvafiq qoruyucu geyimi, başlarında dəbilqəsi olmalıdır. Onlar da digər nəqliyyat vasitələrinin sürücüləri kimi sürət həddinə diqqət etməlidirlər. Azərbaycan qanunlarına görə, avtomagistrallarda nəqliyyat vasitələrinin maksimal sürət həddi saatda 110 km/saatdır. Lakin motosiklet sürücüləri bu həddi az qala iki dəfə aşır, yolda hərəkət zamanı təhlükəli oyunlar nümayiş etdirirlər. Bəzən motosiklet sürücüləri hətta polisin qanuni saxla əmrinə də tabe olmurlar və yayınmağa çalışırlar. Həmin sürücülərin tərəfimizdən saxlanılması üçün müvafiq tədbirlər görülür. Bu günədək polisə tabe olmayan 7 motosiklet sürücüsü barəsində axtarış elan edilməsi barədə raport verilib”.
Yol polisi sözçüsünün fikrincə, son zamanlar motosiklet sürücülərinin, baykerlərin aqressivləşməsi onların cəmiyyətdə bəzi şəxslər tərəfindən dəstəklənməsi ilə əlaqədardır: “Lakin onlar unutmamalıdırlar ki, motosiklet sürücüsünün özbaşınalığı ucbatından baş verən qəza hadisələrində bizlərdən, onlardan biri ölə və ya xəsarət ala bilər. Son zamanlar paytaxt sakinləri tərəfindən İdarəyə axşam saatlarında, əsasən də gecələr motosiklet sürücülərinin, xüsusən də onların qrup halında kobud hərəkətləri ilə bağlı müraciətlər daxil olur. Vətəndaşlar müraciətlərində sürücülərin qəsdən qorxunc səslər çıxardıqlarını bildirirlər. Sakinlərin belə faktlardan narahat olması həmin sürücülər barəsində təsirli cəza tədbirlərinin görülməsi zərurətini yaradır. Təbii ki, biz paytaxt yollarında hərəkət edən motosikletlərin sayının artmasının tərəfdarıyıq. Bu yollarda sıxlığın, tıxacların, ətraf mühitə atılan zərərli qazların azalmasına müsbət təsir edir. Lakin bu, özbaşınalıq və qudurğanlıq həddində yox, qanun çərçivəsində olmalıdır. Ona görə də hər bir hərəkət iştirakçısı belələrinə qarşı ciddi mübarizə aparmalıdır. Bu gün motosiklet sürücüləri arasında qrup yaradıb Dövlət Yol Polisi əleyhinə məlumatlar yaymağa cəhd edənlərə isə sözümüz budur ki, etdiyiniz hərəkətlər, qayda pozuntuları nə vaxtsa elə sizin iştirakınızla baş verə biləcək yol qəzaları zamanı üzə çıxaraq sizə və ətrafınızdakılara zərər verəcək”.
Avtosfer.az hazırda DYP-nin cərimə meydançasında olan motosikletlərin fotolarını təqdim edir:
Elməddin
Bir USB ilə bütün sistemi sıradan çıxa bilər - Avtomobil üçün gizli təhlükə
Bu məşhur 5 avtomobili almayın! - SİYAHI
Maşınınıza ehtiyat hissələri alarkən diqqətli olun: Köhnə və xarab detallar satılır
Çin istehsalı olan avtomobillərin hərbi obyektlərə girişi qadağan edilir
Avtomobil qışda neçə gün hərəkətsiz qala bilər? - AÇIQLAMA
“BMW” və “Porsche”lər öz-özünə sönməyə başlayıb – Səbəb nədir?
Bakıda “kitayski” maşınlar niyə bahalaşdı?
Soyuq havalarda avtomobil necə işə salınır?
Elektrikli avtomobil sahiblərinə vacib xəbər – Qaydalar və cərimələr açıqlandı
Qarlı hava qəzaları artırır – USTADAN XƏBƏRDARLIQ
Avtomobili qışa necə hazırlamalı? - Mütəxəssis tövsiyəsi



















