Yol polisi reydlərə başlayır; bu dəfə "qluşitel"ə baxacaqlar

Avqustun 1-dən "Təmiz hava" aylığı başlayacaq. DİN Baş Dövlət Yol Polisi İdarəsindən publika.az-a verilən məlumata görə, nəqliyyat vasitələrindən normadan artıq atılan zərərli tullantıların qarşısının alınması sahəsində işin səmərəliliyinin artırılması məqsədilə avqust ayı ərzində Daxili İşlər və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşları ölkə ərazisində, o cümlədən paytaxtda mütəmadi tədbirlər, reydlər keçirəcək. Həmin müddətdə tədbirlər planına uyğun olaraq təhlükəsizlik aylığı çərçivəsində avtomobil təsərrüfatı olan müəssisələrdə və təşkilatlarda xüsusi cihazlar vasitəsilə reydlər keçiriləcək. İdarə sürücüləri texniki cəhətdən saz vəziyyətdə olmayan nəqliyyat vasitəsilə yola çıxmamağa çağırır.
Qeyd edək ki, mühərrikin ixrac etdiyi dəm qazının tərkibində karbon oksidin miqdarı normadan artıq olduqda nəqliyyat vasitəsi texniki cəhətdən nasaz hesab edilir və bu avtomobili idarə edən sürücü texniki nasazlığa görə inzibati məsuliyyətə cəlb edilir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












