Yol polisi yük maşınlarına qarşı hərəkətə keçdi

Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin və Nəqliyyat Departamentinin əməkdaşları bu dəfə iritonnajlı yük maşınları ilə bağlı növbəti reyd keçirib. Məqsəd yollara qənim kəsilən və yük maşınlarını normadan artıq yükləyən sürücüləri aşkar etməkdir. Avtosfer.az Kəpəz TV-yə istinadən məlumat verir ki, Gəncənin küçə və prospektlərində şütüyərək yolları bərbad vəziyyətə qoyan, həmçinin qəzalı şəraitdə idarə olunan yük maşınlarına bu dəfə şəhərin Poçt qəsəbəsi ərazisində fəaliyyət göstərən daş bazarında rast gəlinib. Keçirilən reyd zamanı iritonnajlı yük maşınlarını Nəqliyyat Departamentinin əməkdaşları xüsusi tərəzilər vasitəsilə çəkiblər. Avtomobillərə normadan artıq yük vuran sürücülərin nəqliyyat vasitələri çərimə meydançasına aparılıb.
Gəncə Şəhər Dövlət Yol Polisi Şöbəsinin müfəttişi Knyaz Orucov bildirib ki, bu kimi halların qarşısını almaq məqsədilə mütəmadi reydlər keçiriləcək: "Üzümü sürücülərə, hüquqi və fiziki şəxslərə tutaraq bildirirəm ki, istifadələrində olduğu iritonnajlı nəqliyyat vasitələrinin normadan artıq yüklənməsinə imkan verməsinlər. Əks halda onlar barəsində ciddi tədbir görüləcək. Çünki normadan artıq yükü olan nəqliyyat vasitələri qeyri- qanuni şəraitdə şəhərin yollarına daxil olan zaman yeni çəkilmiş yolları dağıdaraq bərbad vəziyyətə qoyur".
Keçirilən reyd zamanı qanunu pozan 16 yük maşınının sürücüsünə İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq 200 manatdan 800 manata qədər cərimə sanksiyaları tətbiq olunub.
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı
Cərimə balı, sərxoşluq və qəza: Vəsiqədən məhrumetmə halları










