Yol polisindən əllərini bağlayıb maşın sürən şəxslə bağlı açıqlama - VİDEO

Xəbər verdiyimiz kimi, Bakıda Yalçın adlı sürücü çox təhlükəli bir tryuka imza atıb. Bilal Nuriyevin Youtube-də paylaşdığı videoda qeyd olunur ki, Yalçın şazırda «Porsche» markalı, 10 UO 011 dövlət nömrə nişanlı avtomobili sürür. Amma idarə olunan avtomobilin sükanından görünür ki, «KİA»dır.
Yalçın əllərini bağlayaraq «Qələbə» meydanından hərəkətə başlayıb, şəhəri gəzib dolandıqdan sonra «Koroğlu» metrostansiyasının yanından dairə vuraraq yenidən əvvəlki yerinə qayıdıb. O, avtomobilin sükanını dizləri ilə idarə edib.
Maşınların arası ilə təhlükəli manevrlər edən, sürət həddini aşan sürücü həm də peşəkarlıq göstərir. Bu, çox təhlükəli bir addım olsa da, sürücünün peşəkarlığını xüsusi qeyd etmək lazımdır. Amma bütün hallarda şəhər içində bu cür avtomobil idarə etməyi normal hal deyil.
Bu gün Bakı şəhər Dövlət Yol Polisi İdarəsi Yalçın Həsənovun bu videosu ilə bağlı açıqlama verib. İdarədən Avtosfer.az-a bildiriblər ki, bu görüntülər yeni deyil, 2011-ci ilə aiddir. Digər tərəfdən, idarə bildirir ki, Yalçın adlı sürücü həm bu videodakı, həm də digər əməllərinə görə dəfələrlə yol polisi tərəfindən saxlanılaraq inzibati məsuliyyətə cəlb edib. Yol polisi bildirir ki, Yalçının törətdiyi inzibati xətalar sırasında avtoxuliqanlıq əməli də var.
Qeyd edək ki, video sentyabrın 23-də yayılsa da, qeyd olunur ki, bu çəkiliş 2011-ci ildə aparılıb.
Avtosfer.az bildirir ki, avtomobili idarə edərkən sükandan əli çəkmək qanunla qadağandır və 40 manat cəriməsi var.
Elməddin
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










