Yol polisindən məhşur futbolçuya ağlasığmaz cəza - 540 min - FOTO

«Dortmund»un ulduz oyunçusu Mark Reus sürücülük vəsiqəsi olmadan maşın sürdüyü üçün 540 min euro cərimə ödəməli olacaq. Avtosfer.az-ın xarici mətbuata istinadən xəbərinə görə, «Bild» qəzetində yer alan xəbərdə təxminən 2 həftə əvvəl Dortmund prokurorluğu tərəfindən futbolçuya tətbiq edilən cəzanın Almaniya taxində ən böyük yol cəzası hesab olunduğu qeyd olunub.
18 mart 2014-cü ildə Dortmund şəhər mərkəzində idman zalından çıxan Reus «Aston Martin» markalı maşını ilə sürət həddini aşdığı üçün polisin diqqətini çəkib. Polislər futbolçunu saxlayaraq ondan sənədlərini tələb etsə də, üzərində şəxsiyyət vəsiqəsindən başqa heç bir sənədi olmayıb. Polis şöbəsinə aparılan Reusun hətta sürücülük vəsiqəsinin olmadığı bəlli olub. Daha sonra araşdırma nəticəsində Reusun bundan əvvəl 5 dəfə radara düşdüyü, 2011-ci il sentyabr , 2014-cü il mart ayı arasında 6 dəfə yol hərəkəti qaydasını pozmaqla bir neçə ildə vəsiqəsiz maşın sürdüyü ortaya çıxıb. İndiyə kimi bütün yol cəzalarını başı ağrımasın deyə tərəddüd etmədən ödəyən Reusa bu dəfə ümumilikdə 540 min euro pul cəzası kəsilib.
Cəza Reusun aylıq qazancına görə hesablanıb. Aylıq 180 min euro qazandığı üçün 90 günlük pul cəzası verilib və toplam 540 min euro olub. 18 yaşında ilk dəfə sürücülük imtahanına girən Reus vəsiqəsi olmadan maşın sürməyə qərar verib. İndi isə onun 25 yaşı var.
Məsələ ilə bağlı Açıqlama edən Reus bundan dərs götürdüyünü və bir daha belə bir səhv yaşanmayacağını deyib.
Fidan
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR














