Yol polisindən sürücülərə: «Bir ay şəxsi avtomobilsiz» … - VİDEO

Ölkəmizin ev sahibliyi edəcəyi möhtəşəm tədbirə hazırlıqlar demək olar ki, başa çatır. Xüsusilə nəqliyyat infrastruktunda görülən işlər son mərhələdədir. Oyunlar ərəfəsində həm fərdi, həm də ictimai nəqliyyatın hərəkətində müəyyən məhdudiyyətlər olacaq. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi oyunlara az müddət qaldığından şəxsi avtomobil sürücülərinə bir daha xəbərdarlıq edib. “Bir ay şəxsi avtomobilsiz” şüarı altında hər bir hərəkət iştirakçısına hərəkət tövsiyyə olunur. Çalışaq ki, ictimai nəqliyyat vasitələrindən istifadə etməklə Bakı şəhərində yarana biləcək süni sıxlığın qarşısını alaq. İdman oyunlarına qatılacaq tamaşaçı və idmançıların rahat, sərbəst və fasiləsiz hərəkətini üçün imkan yaradaq”, – deyə BŞDYPİ-nin ictimai əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirib.
İctimai nəqliyyat bu ərəfədə səhər saat 5-dən gecə 1-ə kimi pullu xidmət göstərəcək. Amma müəyyən ərazilərə qədər. Çünki artıq bəzi avtobusların hərəkt sxemi dəyişdirilib, yalnız xüsusi icazə olduğu təqdirdə onlar oyunların keçirildiyi ərazidən, zolaqlardan keçə biləcəklər. Ümumilikdə ictimai nəqliyyatın hərəkət istiqaməti “parkinq yoxdur” adlanan ərazilərə kimi olacaq. “O ərazidə yaşayanal elə bilməsinlər ki, onlarda xüsusi olaraq ekspress avtobusların xidmətindən pulsuz yaralana biləcəklər. Bu xidmətdən yalnız oyunlar bileti olan tamaşaçılar pulsuz yarlana biləcəklər. Həmin yerlərə yaxın ərazidə dayancaqlar qurulacaq və vətəndaşlar yaşadığları əraziyə nəqliyyatı vasitəsi ilə gedə biləcəklər. Bir kimsə, yolda qalmayacq, hər bir şey nəzərə alınıb”, – deyə nəqliyyat nazirliyinin mətbuat xidmətinin rəhbəri Namiq Həsənov bəyan edib.
Qeyd edək ki, sürücülərə və vətəndaşlara edilən bu xəbərdarlıqlar iyulun 1-ə kimi qüvvədədir.
Avtomobil sahiblərini gözləyən YENİ XƏRCLƏR – Rekord bahalaşma yaxınlaşır
Azərbaycana avtomobil idxalı azalıb: Qiymətlər bahalaşacaq?
Sürücülərin NƏZƏRİNƏ: Mühərrik yağları kəskin bahalaşdı - VİDEO
Sürücülərin bal limiti artırılır, bəzi cərimə balları ləğv edilir - ŞAD XƏBƏR - VİDEO
Ağac altında park edilən avtomobillər üçün daha bir təhlükə - FOTO
Müasir benzinin köhnə avtomobillər üçün təhlükəsi
Ölkədə tək olan "Mercedes" FANTASTİK QİYMƏTƏ satışa çıxarıldı - FOTO
Avtomobil bazarında durğunluq: İdxal rəqəmləri narahatedici siqnal verir - VİDEO
Ən çox istifadə olunan avtomobil markaları: 2026-cı il üzrə SİYAHI
"Mercedes-Benz" bu ölkənin bazarından çıxa bilər
Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir










