Yol polisindən sürücülərə işıqfor müjdəsi

Bakıda sürücülərin yol nişanlarını, işıqforları görməsi, eləcə də yollardakı müşahidə kameralarının ətrafı izləməsi asanlaşacaq. Belə ki, artıq yol nişanları və işıqforların görünməsinə, həmçinin müşahidə kameralarının işinə əngəl yaradan maneələr aradan qaldırılır. Avtosferaz xəbər verir ki, bu barədə Trend-ə Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov deyib. Bölmə rəisinin sözlərinə görə, bu məqsədlə paytaxtda yol kənarlarında yüzlərlə ağacın budanması işləri aparılıb: “Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təşkili şöbəsi əməkdaşlarının paytaxt ərazisində keçirdiyi reydlər zamanı bəzi yerlərdə ağacların budaqlarının yol nişanlarının, işıqforların görünməsinə, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyinə mane olduğu aşkar edilib. Bununla əlaqədar İdarənin rəhbərliyi tərəfindən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə müraciət edilib. Müraciətdən sonra nazirliyin Dövlət Ekspertiza İdarəsi müvafiq rəy verib. Həmin rəyin əsasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları və Bakı şəhər İcra Hakimiyyətinin Yaşıllaşdırma Təsərrüfatı Birliyinin işçiləri ilə birgə tədbirləri nəticəsində şəhərdə yüzlərlə ağac budanıb. Bununla da yol kənarlarında yol nişanlarının və işıqforların rahat görünməsi, eləcə də müşahidə kameraları və digər texniki vasitələrin işinin effektivliyi təmin edilib. Artıq işlər sona çatmaq üzrədir”.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










