Yol polisindən sürücülərə tövsiyyə

Bakı şəhər Baş Polis İdarəsi Bakının bəzi yollarında aparılan tikinti işləri ilə bağlı sürücülərə tövsiyyə edib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov trend-ə bildirib ki, paytaxtın Badamdar qəsəbəsində qəsəbəxarici avtomagistralda əsaslı asfalt örtüyünün çəkilişi davam edir: “Bununla əlaqədar həmin yolla Bayıl və yaxud 20-ci sahə istiqamətində yalnız qəsəbədaxili yollarla hərəkət etmək mümkündür. Ümumiyyətlə, həmin ərazidə sıxlığın yaranmaması üçün alternativ olaraq Mikayıl Müşviq dairəsindən üçüncü kənar dairəvi yolla hərəkət etməyi tövsiyyə edirik”.
Bundan əlavə, V.Əsədov bildirib ki, Bakının Rəşid Behbudov küçəsində 28 may küçəsi kəsişməsindən Füzuli küçəsi istiqamətinə qədər olan hissədə olan yolda asfalt örtüyünün çəkilməsi ilə əlaqədar bəzi hissələrdə yol daralıb ki, sürücülər bununla əlaqədar diqqətli olsunlar: “Ən azından Rəşid Behbudov küçəsi ilə hərəkət edən sürücülərə bir neçə saat ərzində alternativ yol kimi Füzuli küçəsindən keçməklə Səməd Vurğun küçəsi boyunca hərəkət etməyi tövsiyyə edirik”.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












