Yol polisindən sürücülərə xəbərdarlıq – Bayıldan Zuğulbaya kimi YOL BAĞLANIR

İyunun 9-da I Avropa Oyunları ilə əlaqədar son təlim və sınaq tədbirlərinin keçirilməsi ilə bağlı Bakıda bir sıra yollarda nəqliyyatın hərəkət istiqaməti dəyişdiriləcək. Əhalinin rahat və fasiləsiz hərəkətini təmin etmək məqsədilə Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sürücülərə alternativ yollar təklif edib. Bu barədə Avtosfer.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib. Onun sözlərinə görə, iyunun 9-da Bakıda I Avropa Oyunları ilə əlaqədar növbəti təlim və sınaq tədbirlərinin keçirilməsi nəzərdə tutulub: “Bununla əlaqədar iyunun 9-da saat, 16:00-dan etibarən məşqlər tam başa çatanadək yollarda görülən təhlükəsizlik tədbirləri ilə əlaqədar paytaxtın Mikayıl Müşfiq küçəsinin Parlament prospekti ilə kəsişməsindən başlayaraq Parlament prospekti, Mehdi Hüseyn, Teymur Elçin, Lermontov, İstiqlaliyyət, Niyazi küçələri, Azneft dairəsi, Neftçilər prospekti, Azadlıq meydanı, Yusif Səfərov küçəsi, “10-cu zavod” dairəsi, Heydər Əliyev prospekti, Heydər Əliyev Mərkəzi, metronun “Koroğlu” stansiyası, Milli Olimpiya Stadionu, Aeroport şossesi, Mərdəkan dairəsi və Zuğulba qəsəbəsinə doğru, eləcə də əks istiqamətdə geriyə, eləcə də "Cavanşir" körpüsü, Üzeyir Hacıbəyov küçəsi, Azadlıq prospekti, Zərifə Əliyeva, Rəsul Rza küçələri, həmçinin Avropa Oyunları zamanı idman yarışlarının keçiriləcəyi bütün arenalar və onlara bitişik küçə prospektlər üzrə nəqliyyat vasitələrinin hərəkət istiqaməti dəyişdirilir.
Bu məqsədlə sürücülərə Bakı-Salyan yolunun 14-cü km-dən, yəni "Meyvəli" bazarının yanından Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yanından keçməklə Binəqədi, Mehdiabad, Digah, Zabrat, Balaxanı, Sabunçu, Bakıxanov, Suraxanı istiqamətində hərəkət etmələri tövsiyə edilir. Abşeron rayonu və Sumqayıtdan gələnlər də BDYPİ-nin yanından keçərək Digah yolundan istifadə etsinlər. Eyni zamanda, Hüseyn Cavid prospekti - Mikayıl Müşfiq küçəsi, Yusuf Səfərov - 28 may küçələrinin kəsişməsindən hərəkət istiqamətləri dəyişdirilir. Heydər Əliyev adına Beynəlxalq Hava Limanından şəhər istiqamətində gələnlərə isə Suraxanı ərazisindən keçərək Bakıxanov, Qaraçuxur və Sabunçu qəsəbələri ərazisindəki yollarla hərəkət etmələri tövsiyə edilir. Paytaxtın Xətai rayonunda Nəcəfqulu Rəfiyev Babək prospekti və digər yollar hərəkət üçün açıq olacaq".
Bölmə rəisi sürücü və avtomobil sahiblərindən 20 gün şəxsi avtombillərdən istifadədən imtina etməyə dəvət edib:"Mövcud vəziyyəti və şəraiti nəzərə alaraq bir daha sürücülərə şəxsi avtomobillərdən istifadə etməmələri, ictimai nəqliyyatdan istifadəyə üstünlük vermələri tövsiyə olunur. Bakı şəhər Dövlət Yol Polisi İdarəsi yollarda təhlükəsizliyin təmin edilməsi üçün hər bir avtomobil sahibini, sürücünü Avropa Oyunları ilə əlaqədar "Avtomobilsiz 20 gün" devizi altında həyata keçirilən kampaniyaya qoşulmağa çağırır".
Elmin
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










