Yol polisinin «radar oyunu» - «Pul ver bütün radarlarını silək»

Son zamanlar sürücülərin yol polislərinin yeni “radar oyunu”ndan şikayətlərinin sayı artıb. Belə ki, radara düşən avtomobilin sahibi ödəniş etmək üçün banka gedərkən başqa məqamlar ortaya çıxır. Bankdan avtomobil sahibinə bildirirlər ki, ona məxsus avtomobilin radara düşməsi ilə bağlı onlarda məlumat yoxdur. Bu isə radara düşən avtomobilin dövlət qeydiyyat nömrəsi ilə bağlı məlumatların Dövlət Yol Polisi İdarəsinin bazasına göndərilməməsini göstərir. Sürücülər bunu belə izah edirlər ki, bu işdə yol polisinin xüsusi məqsədi var. Onlar bildirirlər ki, bu vasitələrlə sürücünü qeydiyyatda olduğu rayonun Yol Polis İdarəsinə çağırır, orada razılaşma təklif edirlər. Məsələn, «filan qədər məbləği ödə, bütün radarlarını silək» kimi təkliflər olunur.
Yol Polisinin “radar oyunu”ndan cana gələn başqa sürücülər iddia edirlər ki, bazaya göndərilməyən radarları olan avtomobillər yolda Yol Patrul Xidməti əməkdaşları tərəfindən saxlanılaraq onlara yerindəcə ödəniş etmək təklif edilir. Əks halda avtomobilinin cərimə meydançasına aparılacağı ilə hədələnirlər.
Məsələ İlə bağlı Trend-ə açıqlama verən Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev bu kimi iddiaların əsassız olduğunu bildirib. K.Əliyev belə iddialarla bağlı faktlar olarsa, araşdırılması üçün onlara müraciət edilməsini tovsiyyə edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













