Yol qəzalarına görə cəzalar sərtləşdirildi

Prezident İlham Əliyev Cinayət Məcəlləsinə dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Avtosfer.az-ın xəbərinə görə, dəyişiklikliyə əsasən, 263-1.2-ci maddəyə “ağır zərər vurulmasına” sözlərindən sonra “yaxud, ümumi istifadədə olan nəqliyyat vasitəsinin idarə edilməsi zamanı ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına” sözləri əlavə edilib.
265.1-ci maddənin sanksiyasında “yüz” sözü “beş yüz” sözləri ilə əvəz olunub.
Məcəlləyə aşağıdakı məzmunda 265-1-ci maddə əlavə edilib:
“Maddə 265-1. Ümumi istifadədə olan nəqliyyat vasitəsinin istismara verilməsi qaydalarının pozulması
265-1.1. Ümumi istifadədə olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxsin belə nəqliyyat vasitəsinin idarə edilməsinə buraxılması, yaxud ümumi istifadədə olan nəqliyyat vasitələrinin sürücülərinin reysqabağı tibbi müayinəsinin təşkil edilməməsi, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır və ya ağır zərər vurulmasına səbəb olduqda -
iki ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç min manatdan altı min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.2. Eyni əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
265-1.3. Bu Məcəllənin 265-1.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan iki və ya daha çox şəxsin ölümünə səbəb olduqda -
üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə üç ildən səkkiz ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
Dəyişikliklər 2015-ci il dekabrın 1-dən qüvvəyə minir.
Azərbaycana idxal olunan minik avtomobillərinin sayı niyə azalıb? - AÇIQLAMA - FOTO
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem










