Yolçəkənlər və yolkəsənlər üçün təsirli VİDEO

Təcili tibbi yardım maşınlarının tıxaca düşməsi, mənzil başına çatmaması kimi hallarla tez-tez rastlaşırıq. Həm də, təcili yardım maşınına yol verməyən, xəstəyə kömək etməyə gedən, xəstəni xəstəxanaya çatdırmağa çalışan maşının gah arxasınca, gah da qabağına düşərək özünü «ağıllı» sayan sürücələri də dəfələrlə görmüşük. Amma dünyanın müxtəlif ölkələrində qaydaları elə tətbiq edirlər ki, təcili tibbi yardım, yanğınsöndürən və polis maşını yaxınlaşanda hamı bir nəfər kimi yol verir.
Avtosfer.az-ın təqdim etdiyi bu animasiyadan da görürük ki, təcili yardım maşını yaxınlaşdıqda digər nəqliyyat vasitələri ona nəinki yol verir, hətta sağa-sola çəkilməklə dayanıb gözləyirlər.
Bu videodan sözün əsl mənasında dərs almağa dəyər. Amma bir məsələ də var ki, bizim əksər sürücülər avtomobili zolaqlar üzrə yerləşdirmək, yəni, zolaqlarla sürmək mədəniyyətindən çox-çox uzaqdırlar. Məsələn, biz öyrəşmişik ki, 2 zolaqlı yolda 3, 3 zolaqlı yolda 4 zolaq yaradaq. Hərə öz zolağı ilə hərəkət etdikdə isə bir balaca boşluq yaranan kimi hansısa «ağıllı sürücü» mütləq özünü həmin o boş yerə dürtməlidir. Əslində isə yadda saxlamaq lazımdır ki, həmin o boş yer məhz təcili yardım, yanğınsöndürən və digər operativ nəqliyyat vasitələri yaxınlaşanda sıxlaşıb ona yol vermək üçün nəzərdə tutulub ki, onlar rahat, təhlükəsiz və dayanmadan hərəkəti davam etdirə bilsinlər.
Əlbəttə, etiraf etmək lazımdır ki, bəzi hallarda yollarımızı standartlara uyğun çəkmirlər. Məsələn, bəzi yollarda zolaqların standartlara uyğun olduğunu görsək də, əksər yerlərdə ya standartdan az, ya da daha çox endə zolaqlar çəkilir. Bütün yollarda zolaqlar standarda uyğun çəkilmiş olsa və sürücülər də bu zolaqlar üzrə düzgün hərəkət etməyi öyrənsələr, bunun həm qanunun tələbi, həm də bir mənəvi məsələ olduğunu dərs etsələr, o zaman xəstəyə köməyə, yanğını söndürməyə, cinayətin qarşısını almağa gedənlər tıxacda qalıb gecikməzlər. Həmin maşınların yolunu kəsməklə biz özümüz də bilmədən kiminsə ömür yolunu kəsə bilərik. Diqqətli olaq, qaydalara əməl edək, təcili yardım, yanğınsöndürən, polis və digər operativ nəqliyyat vasitələrinə yol verək!
Qeyd edək ki, Azərbaycan qanunvericiliyinə görə, təcili yardım, yanğınsöndürən, polis və digər operativ nəqliyyat vasitələrinə yol verməyəməyə görə cərimənin miqdarı 100 manatdır.
Elməddin Muradlı
Yeni “Niva” belə olacaq - FOTOLAR
Ən çox xarab olan avtomobillər – SİYAHI - FOTOLAR
Hər litr yanacağa necə qənaət etmək olar? - Faydalı MƏSLƏHƏTLƏR
Avtomobil istehsalçıları 8 milyard avro itirdi - Artırılmış rüsumlar görə
Azərbaycanda İkinci Dünya müharibəsi zamanı sürücülük imtahanı - FOTOLAR
Dizel avtobuslardan imtina havanı təmizlədi - XARİCİ TƏCRÜBƏ
Azərbaycana maşın gətirənlərin nəzərinə - Yeni tələb
Elektrikli avtomobillər son 20 faizi niyə gec yığır? – Səbəb açıqlandı
Yanacağın qiymətinin artırılmasına məhdudiyyət əks nəticə verdi
Evin qarşısında maşın saxlamaq – azərbaycanlı və fransız sürücülərin oxşar səhvi - FOTO
Benzinin saxlama müddəti bu qədərdir








