Yolda həyat xilas edən gizli bacarıq - Manevr ustalığı

Yeni sürücülərin yol hərəkətində təhlükəsizliyini təmin etmək üçün ən vacib bacarıqlardan biri - idarə olunan manevretmə qabiliyyətidir.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, bu barədə pravda.ru portalı avtomobil ekspertlərinə istinadla məlumat yayıb.
Bildirilir ki, sürücünün gözlənilməz yol şəraitinə vaxtında və düzgün reaksiya verməyi bacarması qəzaların qarşısını almaqda həlledici rol oynayır.
İdarəolunan manevr - qəfil yaranan maneələrə (başqa nəqliyyat vasitəsi, sürüşkən yol, pis hava şəraiti və s.) təhlükəsiz şəkildə reaksiya verməyə imkan yaradan texnikadır.
Avtoekspertlərin qeyd etdiyinə görə, yeni sürücülər arasında ən geniş yayılmış səhvlərdən biri - yüksək sürətə güvənərək manevr etməyə çalışmaqdır. Lakin təhlükəsiz yol hərəkəti sürətdən deyil, şəraitə uyğun qərarvermə və düzgün idarəetmə texnikasından asılıdır.
Mütəxəssislər bildirirlər ki, bu bacarığın mənimsənilməsi üçün yalnız nəzəri biliklər kifayət etmir. Sürücülərin əlavə təlimlərə qatılaraq real şəraitdə təcrübə toplaması tövsiyə olunur. Bu məqsədlə avtomobil məktəblərində və ya xüsusi kurslarda tədris olunan praktiki dərslər, sürüşkən səthdə idarəetmə, qəfil maneədən yayınma və düzgün əyləcləmə üzrə məşğələlər xüsusi əhəmiyyət daşıyır.
Bundan başqa, ekspertlər əlavə təlimlərin maddi baxımdan da sərfəli olduğunu qeyd edirlər. Belə ki, yüksəkkeyfiyyətli sürücülük təlimi qəzaların və maddi zərərin qarşısını almağa yardım edir.
Qeyd edək ki, idarəolunan manevr bacarığı yalnız sürücünün deyil, eyni zamanda digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyinin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












