Yolda qaydaları pozan prezident cərimələndi – VİDEO

Çeçenistan prezidenti Ramzan Kadırov yol hərəkəti qaydalarını pozduğu üçün cərimələnib, belə ki, o və onun ailə üzvləri avtomobil sürərkən təhlükəsizlik kəmərini taxmayıblar. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, region rəhbəri İnstagram-da öz maşınında çəkilmiş şəklini paylaşdıqdan sonra cərimə edilib. “Kimsə mənim sükan arxasında təhlükəsizlik kəmərini taxmadığımı görüb. Bu barədə Çeçenistanın DİN-in Dövlət Yol Müfəttişliyinin rəisi Şamxan Denilxanova məlum olub. Polkovnik operativ şəkildə reaksiya verib, protokol tərtib edib və cərimə yazıb”, - Kadırov məlumata dair şərhdə bildirib.
O, qəbz üzrə cəriməni bazar ertəsi, dekabrın 21-də ödəməyi vəd edib. Kadırov vurğulayıb ki, yol hərəkətinin təhlükəsizliyi böyük mahiyyət kəsb edir: “Mən işıqforlarda dayanarkən, yol işarələrinin tələblərinə riayət edirəm. İndi isə bunu daha böyük səylə edəcəm. Və hamını qarşılıqlı hörmət göstərməyə, yol hərəkəti qaydalarına riayət etməyə çağırıram!”, - o yazıb.
Bundan başqa, Çeçenistan rəhbəri İnstagram istifadəçilərinin maşında uşaqların xüsusi oturacaqda olmamalarına dair iradlarına da rəy bildirib.
“Mənə uşaqlar üçün xüsusi oturacaqların olması normaları məlumdur. Konkret halda taxılmamış kəmər və uşaqlar üçün oturacaqların olmamasının səbəbi bu çarxı çəkmək istəyi ilə izah edilir. Amma bu da olmamalı idi!”, - Kadırov izah edib.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR












