Yollarda tətbiq olunan qadağalarla bağlı tövsiyyələr - SÜRÜCÜLƏR ÜÇÜN

Yol hərəkəti üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov Avropa Oyunları ilə bağlı yollarımızda tətbiq olunan qadağalar və məhdudiyyətlərlə bağlı tövsiyyələrini açıqlayıb. Hüquqşünas Avtosfer.az-a bildirib ki, avtomobillərin Bakı şəhərinə daxil olmasının qarşısının alınması, habelə «Oyunlar zolağı»nda hərəkətlə bağlı suallar artmaqdadır: «Bu sualları verənlərə və bu məsələ ilə maraqlananlara ümumi şəkildə bunları demək istəyirəm. Əvvəla, gəlin həmin məhdudiyyət tədbirlərinin hüquqi xırdalıqlarını axtarmağı kənara qoyaq. Məncə, bunun müzakirəsinin əhəmiyyəti yoxdur. Əsas diqqəti bu tədbirlərin zəruriliyi məsələsinə yönəldərək nəticə çıxarmağımız daha rahat və praqmatik olar. Ona görə də heç kəs xüsusi narahatçılıq keçirməsin, ilk günlərdə müəyyən gərginlik olsa da, yaxın günlərdə hər şey təbii axaraına düşəcək, çünki hər kəs yaranmış şəraitdə özü üçün fərdi çıxış yolu tapmağa məcbrdur və bunu tapacaq. Təsadüfi deyil ki, məhdudiyyətlər Oyunlara 10 gün qalmışdan tətbiq edilməyə başlayıb. Hədəf də odur ki, hər kəsin özünə sərf edən, şəraitə uyğun və rahat olan davranış variantı seçməsinə imkan olsun.
Bununla bağlı yalnız üç tövsiyəmi verə bilərəm:
1. İstər Bakı şəhərində, istərsə də Bakiya gələrkən fərdi avtomobillərinizdən istifadəni bu 1 ay müddətində minimuma endirin. Bu, xüsusən rayonlarda yaşayanlar üçün vacibdir.
2. Əgər fərdi avtomobildən istifadə qaçılmazdırsa, onda elə hərəkət marşrutu seçməyə çalışın ki, Oyunlar zolağı olan yollardan keçməli olmayasınız.
3. Oyunlar zolağı olan yollardan keçmək də qaçılmazdırsa, onda həmin zolaqlara daxil olmayın, sadəcə səbrli və diqqətli olun.
Çalışın ki, özünüzə və başqalarına problem yaratmayın. Məncə, hər kəs bir az fikirləşsə, özü üçün şəraitə uyğun çıxış yolunu tapacaq».
W16 mühərrikli “Bugatti”lərin istehsalı dayandırıldı - FOTOLAR
“Niva”nın yeni mühərriklə istehsalı başladı
Avtomobil almaq istəyənlərin NƏZƏRİNƏ - Bazarda CİDDİ UCUZLAŞMA - VİDEO
Qaydaları ən çox bu avtomobillərin sürücüləri pozur - SİYAHI
Avtomobildə musiqi dinləmək niyə evdəkindən daha zövqlü hiss olunur?
İkinci əl avtomobillər niyə yenidən bahalaşır?
Sürücüləri narahat edən cəza mexanizmi dəyişir? - AÇIQLAMA
Benzin mühərriklər tarixə qovuşmur: istehsalçılar texnikanı təkmilləşdirir
Yay aylarında avtomobil yanğınları niyə daha çox baş verir? - USTA
Bakıda bu avtomobillərə təlabat azaldı - Qiymətlər enəcək?
Minlərlə avtomobil təcili servislərə geri çağrılır - Yanğın riski var










