Yollarımızda bu avtomobillər təhlükə saçır - VİDEO

Paytaxtda standartlara uyğun olmayan ksenon lampalardan istifadə edən kifayət qədər sürücü var. Belə lampaların quraşdırıldığı avtomobillər isə digər sürücülər üçün təhlükəyə çevirilir. Çünkü gecə saatlarında ksenon lampaların işığı digər sürücülərin yolu aydın şəkildə görməsini çətinləşdirir. Bu isə bir sıra xoşagəlməz hadisələrin baş verməsinə səbəb olur.
Zavod istehsalı olan ksenon lampaların istifadəsi zamanı hansısa qəzanın başvermə riski olmasa da, sonradan quraşdırılan qeyri-standart ksenon lampalar isə digər sürücülər üçün əsl təhlükə mənbəyidir
Ksenon lampaların işığından ən çox əziyyət çəkənlər paytaxt daxilində hərəkət edən sərnişin avtobusunun sürücüləridir. Qeyri-standart ksenon lampalar eyni zamanda bəzi hallarda avtomobilin alışıb-yanmasına da səbəb ola bilər
"Yol hərəkəti haqqında" qanuna görə, avtomobilin texniki təchizatı müəyyən olunmuş standartlara uyğun olmalıdır. Avtomobildə hər hansı dəyişikliyin edilməsi, o cümlədən işıq cihazlarına müdaxilə qadağandır və bu hala görə cərimə nəzərdə tutulur.
Ksenon lampaların mülki dövriyyəsi qadağan edilmədiyinə görə onun satışı açıq həyata keçirilsə də, mütəxəssislər yalnız avtomobilin texniki təchizatında nəzərdə tutulduğu halda bu lampalardan istifadə edilə biləcəyini deyirlər.
“Niva” üçün altıpilləli transmissiya: Sürət artacaqmı? - FOTO
“Volkswagen”in zavodunda hərbi avadanlıq istehsal ediləcək
Sürücülərin çoxu telefonu avtomobildə səhv şarj edir: Bunu bilirdiniz?
Klassik lüks avtomobili elektromobilə çevirdilər - FOTO
Çində daxili avtomobil bazarı çökür: Növbə xaricdədirmi?
Ucuz yeni Çin avtomobilləri, yoxsa işlənmiş brend markalar? - Hansını alaq?
Sürücülərin sevmədiyi funksiyalar
Azərbaycanda bu maşınlar bahalaşdı - VİDEO
Uçan maşınlar satışa çıxdı: Qiyməti, sürəti açıqlandı
BMW sahiblərinin NƏZƏRİNƏ: Bəzi modellərdə yanğın riski aşkarlandı
"BYD" yenə rekord vurdu – Satışlar 18 faiz artdı










