Yük və rayon maşınlarına qoyulan qadağa qüvvədə qaldı – YENİ XƏBƏR

Bakıda Avropa Oyunları ərəfəsində paytaxt küçələrində nəqliyyatın normal hərəkətinin təşkil edilməsindən, şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması nəticəsində Bakı şəhərində atmosfer havasının avtomobillərin ixrac etdiyi dəm qazlarından təmizlənməsi, tıxacların aradan qaldırılması, eləcə də nəqliyyat səs-küyünün azalmasından razılıq edən və bu vəziyyətin il boyu saxlanılması ilə bağlı şəhər sakinlərinin Baş Dövlət Yol Polisi İdarəsinə və Nazirlər Kabinetinin Yol Hərəkətinin Təhlükəsizliyi Komissiyasına çoxsaylı müraciətləri əsasında Komissiyada kompleks tədbirlər planı hazırlanır. Bu barədə trend-ə Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyev deyib. Onun sözlərinə görə, tədbirlər planına uyğun olaraq paytaxtda piyadaların və nəqliyyatın sərbəst hərəkətinin təşkili ilə əlaqədar artıq konkret işlərə başlanılıb: "Tədbirlər planına əsasən, Bakıda nəqliyyat sıxlığının minimuma endirilməsi istiqamətində görüləcək işlər təkcə şəhər qeydiyyatı olmayan və yük avtomobillərinin hərəkətinə məhdudiyyətlərin tətbiq olunması deyil, həm də paytaxt küçələrində avtomobillərin park edilməsi, ictimai nəqliyyatın və taksi fəaliyyətinin təkmilləşdirilməsi, xüsusi duracaqların, yerüstü piyada keçidlərinin yaradılması və digər vacib işlərin həyata keçirilməsindən ibarətdir".
K.Əliyev qeyd edib ki, icazə verilən maksimum kütləsi 5 tondan artıq olan yük avtomobillərinin, habelə ayrı-ayrı regionlarda qeydiyyatda olan minik avtomobillərinin saat 07:00-dan 22:00-dək paytaxta girişinə müəyyən məhdudiyyətlər tətbiq ediləcək: "Məhdudiyyətlər tətbiq ediləcək avtomobillərin minik və ya yük təyinatlı olmasından asılı olmayaraq, onlar paytaxtın giriş hissələrində təşkil edilmiş və hər bir lazımi şəraitlə təchiz olunmuş duracaqlarda ödənişsiz saxlanılmaqla sürücülərin və sərnişinlərin avtobuslarla ən yaxın metro stansiyasına çatdırılması təmin olunacaq. Düşünürük ki, hərəkət iştirakçıları vaxta, yanacağa, təmirə qənaət baxımından daha əlverişli olan ictimai nəqliyyat vasitələrinə, Sumqayıt sakinləri isə həm də sentyabr ayının 15-dən onların istifadəsinə veriləcək sürətli qatarlardan istifadəyə üstünlük verəcək və paytaxtda nəqliyyat sıxlığının aradan qaldırılması nəticəsində yollardakı rahat və fasiləsiz hərəkətdən məmnuniyyətlə yararlanacaqlar”.
Avtonom və tam avtomat idarəetmə: Sürücü məsuliyyətdən azad edilmir
Maşın alarkən sizi belə aldadırlar: Alıcıların çoxu bu detalı görmür
Gürcüstanda avtomobillərə "alkoqol bloklaması" sistemi quraşdırıla bilər
Şinlərin təzyiqi öz-özünə arta bilərmi?
Avtomobilə qaz balonu quraşdırmaq hansı halda təhlükəli ola bilər? - AÇIQLAMA
Avtomobil sahibi olanların NƏZƏRİNƏ: YENİ QAYDALAR
Azərbaycanda bəzi avtomobillərə xüsusi nişanlar vurulacaq - AÇIQLAMA - FOTO
Sürücüsüz avtomobillər üçün YENİ DÖVR – Təhlükəsizlik standartları təsdiqləndi
Avtomobil sahiblərinin NƏZƏRİNƏ - YENİLİKLƏR TƏTBİQ OLUNACAQ
Avropanı və bizi gözləyən ümumi problem
Özü "VAZ-2106", qapıları... - FOTO










