Zəfər paradı Xankəndidə olacaq: hazırlıq gedir!

Noyabr 8-də Azərbaycan 44 günlük Vətən savaşının üçüncü ilini-Zəfər Gününü qeyd edəcək.
Musavat, com-un etibarlı mənbələrdən əldə etdiyi xəbərə görə, Zəfər Günü bu dəfə Xankəndi şəhərində qeyd ediləcək.
Mənbə deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin hərbi birliklərinin paradı Xankəndi şəhərində olacaq. Paradı Ali Baş Komandan, Prezident İlham Əliyevin qəbul edəcəyi gözlənilir. Paradda hərbi texnika deyil, Vətən müharibəsində iştirakçı olmuş nümunəvi hərbi bölüklərin iştirakı nəzərdə tutulur.
Hərbi paraddan sonra Zəfər günü işğaldan azadlığının üçüncü ilini qeyd edəcək Şuşada davam etməsi gözlənilir.
![]()
Ermənilərin paradı
Yasa salaq ki, işğal illərində Ermənistan rəhbərliyi və qondarma rejim Şuşanın işğal günündə Xankəndidə hərbi texnikaların iştirakı ilə hərbi paradı keçirmişdi.
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR
Köhnə elektromobillərin təmirə ehtiyacı daha az olur – TƏDQİQAT












