Zəngin məmur övladlarına zərbə- 850 maşın saxlanıldı - FOTO

İranda 850 bahalı avtomobil nəzarətə götürülüb. Avtosfer.az-ın “qafqazinfo”ya istinadən məlumatına görə, polis paytaxt Tehranda yol hərəkəti qaydalarını pozan zəngin məmur övladlarının maşınlarıni saxlayıb. Tehran Polis Şöbəsinin rəhbəri Teymur Hüseyni açıqlamasında 850 lüks avtomobili nəzarətə götürdüklərini bildirib: “Ötən həftə müddətində yol polisləri qayda pozuntular səbəbiylə 850 lüks maşını cərimə meydançasına aparıblar. Bu şəxslər təhlükəli və həddindən artıq sürətdən istifadə edərək digər sürücü və piyadalar üçün problem yaradırlar”.
“Təhlükəli maşın sürən zəngin məmur övladlarına qarşı mübarizəyə başlamışıq. 24 saat reyd apardıqdan sonra kifayət qədər qayda pozan şəxsləri saxladıq”,- deyərək Hüseyni sözlərinə əlavə edib.
İranın dini lideri Ayətullah Əli Xameneyi “bəzi zəngin uşaqları küçələrdə bahalı avtomobilləriylə gəzir. Bu da cəmiyyətdə psixoloji narahatlığa yol açır”,- deyə məsələyə münasibət bildirib.
Qeyd edək ki, ölkə ərazisində lüks maşınların artımı və tıxacların yaranması, eyni zamanda təhlükəli zəngin sürücülər millət vəkilləri, dövlət nümayəndələri tənqid olunur.
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR


























