Zolağa girdiyi üçün cərimələnən sürücülərin sayı 200 artdı

"Bakı 2015" ilk Avropa Oyunlarının iştirakçıları üçün nəzərdə tutulan yol zolaqlarına daxil olaraq qaydaları pozduğuna görə cərimələnən sürücülərin sayı açıqlanıb. Avtosfer.az-ın məlumatına görə, bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədov məlumat verib.
O bildirib ki, mayın 29-dan iyunun 16-a qədər I Avropa Oyunlarının zolağına daxil olaraq qaydanı pozan 1800 sürücü barədə protokol tərtib edilib.
V.Əsədovun sözlərinə görə, ilk Avropa Oyunlarının zolağı ilə hərəkət edən, lakin DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürücülər də var: "Avropa Oyunlarında iştirak edən idmançıların, yarış iştirakçılarının, turistlərin və əhalinin təhlükəsizliyini təmin etmək, eyni zamanda tıxacların və sıxılığın yaranmaması üçün Bakı yollarında xüsusi Avropa Oyunları zolağı ayrılıb. Bu günə qədər həmin zolaqdan istifadə etdiyinə görə 1800 sürücüyə inzibati qaydada protokol tərtib edilib. Qaydaları pozaraq Avropa Oyunları zolağından istifadə edən və DYP əməkdaşlarının "saxla" əmrinə tabe olmayan sürüclər də var. Artıq bu istiqamətdə araşdırmalara başlamışıq və həmin sürücülərin məsuliyətə cəlb olunması istiqamətində işlər davam etdirilir".
Maşınını binanın həyətində şarj edənlər bunu bilməlidir
Azərbaycanda benzin və dizel avtomobillərin istifadə müddəti bitir?
“Volkswagen” minlərlə elektrikli avtomobili geri çağırır
Elektromobillər tıxacların artmasına səbəb olur?
Belə maşınların hər yolda hərəkətinə icazə verilməyəcək
Avtomobil oturacağına üzlük çəkməyin təhlükəsi
Xruşov dövrünün mühərriki hələ də istehsaldadır
Sürücülərin bu səhvləri maşının ömrünü qısaldır - AÇIQLAMA
Azərbaycanda avtomobil istehsalı artdı - FOTO
24/7 servis Azərbaycanda niyə yayılmır? - AÇIQLAMA
Bruney kral ailəsinə məxsus unikal "Lamborghini" hərraca çıxarılır - FOTOLAR













