COP29 könüllüləri üçün xüsusi rol təlimləri yekunlaşıb

COP29 Könüllülük Proqramı çərçivəsində qlobal COP29 iqlim konfransına könüllülərin cəlb edilməsi istiqamətində seçimlər yekun mərhələyə çatdırılıb.
Bu barədə Avtosfer.az-a COP29 Azərbaycan Əməliyyat Şirkətindən məlumat verilib.
Belə ki, COP29 könüllülərinin konfransda iştirakı üçün tələb olunan bilik və bacarıqların təkmilləşdirilməsi istiqamətində mühüm olan rol təlimləri mərhələsi yekunlaşdırılıb.
Qeyd edilib ki, ötən aylar ərzində COP29 Könüllülük Proqramının iştirakçılarının COP29 konfransına hazırlıq mərhələsində hərtərəfli məlumatlandırılması və səriştələrinin artırılması məqsədilə onlara fərdi inkişaf, dayanıqlılıq, iqlim dəyişmələri, ətraf mühitin mühafizəsi və COP29 prosesi kimi mühüm mövzuları əhatə edən bir sıra müxtəlif ümumi təlimlər keçirilib. Ümumi təlim mərhələsini uğurla başa vuran könüllülər xüsusi rol təlimlərinə cəlb ediliblər.
Xüsusi rol təlimləri könüllülərin COP29 konfransı zamanı icra edəcəyi konkret vəzifə və öhdəlikləri ehtiva etməklə, COP29 Azərbaycan Əməliyyat Şirkətinin müvafiq aidiyyati struktur bölmələrinin mütəxəssisləri tərəfindən keçirilib. Bu mərhələdə könüllülər fəaliyyət göstərəcəkləri struktur bölmələrlə tanış olub, komanda üzvləri ilə görüşüb və COP29 ərzində vəzifə öhdəlikləri barədə məlumatlandırılıblar. Təlim mərhələsinin nəticəsinə uyğun olaraq Əməliyyat Şirkətinin 17 departamentində ümumilikdə 35 istiqamət üzrə çalışacaq 3000 nəfər könüllü seçilib. Sözügedən könüllülər oktyabrın 14-dən etibarən mərhələli şəkildə qonaqlama xidmətləri, nəqliyyat, logistika və digər əməliyyat istiqamətləri üzrə fəaliyyətə cəlb olunacaqlar.
3 noyabr tarixindən etibarən isə proqramın yekun mərhələsi olan tədbir məkanı - Bakı Stadionunda könüllülərin iştirakı ilə məkan təlimləri başlayacaq. Bu mərhələdə könüllülər bilavasitə tədbir məkanının infrastrukturu, Mavi və Yaşıl zonalar olmaqla müxtəlif sahələr ilə əyani tanış olacaq, ərazidə müxtəlif funskiyaları təmsil edən könüllülər koordinasiyalı şəkildə çalışma bacarıqları üzərində işləyəcəklər.
Azərbaycanda “yaşıl bina”ların tikilməsinə niyə maraq yoxdur? – EKSPERTLƏR SƏBƏBLƏRİ AÇIQLADI - FOTO
Bu dəyişikliklər edilməsə, ölkəmizə ərzaq idxalı davam edəcək – MÜTƏXƏSSİSDƏN HÖKUMƏTƏ TƏKLİF
COP29-a qarşı hibrid hücumlara dair hesabat hazırlanıb
COP29-da iqlim dəyişikliyi ilə mübarizədə yeni üfüqlər
ADY COP29 çərçivəsində iqlim siyasətində aktiv iştirak etdi - FOTO
Könüllülər COP29 günlərində xidmət göstərən ADY-nin gücünə güc qatdılar - FOTO
Bakıda hansı mühüm qərarlar qəbul olundu?
COP29 sədrliyi COP30-a dəstək verəcək - Muxtar Babayev
Azərbaycanın COP29 Sədrliyinin növbəti uğuru: Bakıda tarixi QƏRAR!
COP29-un bağlanış mərasimi keçirilir - CANLI
COP29 danışıqları yekunlaşır











