Dəbilqəsiz elektroskuter sürmək qadağan edilə bilər

Elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrindən istifadə zamanı təhlükəsizliyin təmin edilməsi üçün dəbilqədən istifadənin məcburi norma kimi müəyyənləşdirilməsi, eləcə də dövlət qeydiyyatı və identifikasiya mexanizmlərinin yaradılması təklif olunur.
Bu barədə Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın “Azərbaycan” qəzetində dərc olunan məqaləsində bildirilib.
Qeyd olunub ki, Ombudsmanın müstəqil monitorinq fəaliyyəti çərçivəsində elektroskuterlər və digər kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsi zamanı insanların, xüsusilə uşaqların həyat və sağlamlığına təsir edə biləcək risklər araşdırılıb. Bu sahədə münasibətlərin hüquqi tənzimlənməsi ilə bağlı da təhlil aparılıb.
Təhlilin nəticələrinə əsasən, kiçik elektrik nəqliyyat vasitələrinin istifadəsinə dair hüquqi tənzimləmənin beynəlxalq təcrübəyə uyğun təkmilləşdirilməsi, uşaqların müdafiəsi məqsədilə valideyn məsuliyyətinin gücləndirilməsi zəruri hesab edilib./baku.ws
Bildirilib ki, araşdırma əsasında irəli sürülən təkliflər səlahiyyətli dövlət orqanı tərəfindən məqbul hesab olunub və qurumun normayaratma fəaliyyəti zamanı nəzərə alınacağı bildirilib.
Avtobuslar üçün ayrıca işıqforlar neçə marşrutu əhatə edəcək? - AÇIQLAMA
Bakıda bəzi yollarda hərəkət məhdudlaşdırılacaq
Tonlarla şokolad və peçenyeni oğurlayıb satdı, puluna yük maşını aldı
“Avtobusu yük maşını kimi sürür, siqaret çəkir, söyüş söyür” – 7 və 7A-dan ŞİKAYƏT
General Natiq Əliyevin qızı ilə bağlı qərar verildi
Azərbaycanda qurum rəhbəri 6000 manat maaş alacaq
Gəlir vergisinin artması taksi qiymətlərinə təsir etməyəcək - EKSPERT
Gülarəni öldürməkdə şübhəli bilinən 18 yaşlı qardaşının FOTOLARI
Hansı din xadimlərinin dövlət qulluğunda çalışmasına məhdudiyyət qoyulur? – DEPUTAT
Polad Həşimovun anasının son durumu AÇIQLANDI
Bakıda sürücülərin cərimələnməsinə səbəb olan yol xətlənməsi dəyişdirildi - VİDEO












