“106 gün ərzində 7500 km yol qət etmişəm”

106 gün ərzində 7500 km yol qət etmişəm. "Report"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Bakıda səfərdə olan mərakeşli ultramarafonçu Karim Mosta bildirib.
Dünya çempionu Azərbaycanda olmaqdan məmnunluğunu ifadə edib:
"Hamıya minnətdarlığımı bildirirəm. Cənab səfirin burada olması da mənim üçün böyük şərəfdir. Uşaqlarla velosiped sürmək çox yaxşı oldu. Digər ölkələri ziyarət etmək, fərqli insanlarla tanış olmaq istədim. Kasablankadan bura 106 gün ərzində 7500 km qət etmişəm. Hər olduğum ölkədə gözəl qarşılandım. Yol uzandıqca insan daha təəccüblü hadisələrlə rastlaşır. Sərhədi keçdiyim gündən Azərbaycanda yalnız gözəl insanlarla rastlaşıram. Polis əməkdaşları yol göstərirlər, hətta nəyisə başa salırlar, çay verirlər. İsmayıllıdakı velosiped zavodunu da ziyarət etdim.
K.Mosta bundan sonrakı marşrutunu da açıqlayıb:
"Xəzər dənizini görmək arzusunda idim. Daha sonra Qazaxıstan, Qırğızıstan, Tacikistan və Çinə gedəcəm. Bununla da marafonu bitirəcəm. Ümumilikdə Kasablankadan Pekinə 15 000 km getməyi planlaşdırıram. Azərbaycana səfərim dağlıq ərazilərdən başlayıb. Daha sonra səhralığı keçdim. İndiyədək 145 ölkə keçmişəm, Azərbaycana gəlmək arzuma nail olmuşam. Səyahətim bitməyib. Çinə doğru gedəcəm. Məqsədim 9 əsr bundan öncə mərakeşli İbn Bakutanın keçdiyi yolları yenidən qət etməkdir. O, Azərbaycanı dəvələrlə, ayaqla keçib. Mən isə bunu velosipedlə edirəm. Azərbaycandan çox gözəl xatirələrlə gedəcəm".
Daşkənddə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması və mübadiləsi mərasimi olub - FOTO - YENİLƏNİB
Azərbaycan və Özbəkistan prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - FOTO
Daşkənddə maraqlı anlar: Tələbə İlham Əliyevi Azərbaycan dilində salamladı - VİDEO
Azərbaycanın və Özbəkistanın birinci xanımlarının təkbətək görüşü olub - FOTO
Daşkənddə Azərbaycan və Özbəkistan prezidentlərinin təltifolunma mərasimi keçirilib
Leyla Əliyevanın Daşkənddən PAYLAŞIMI - FOTO
İlham Əliyev və Mirziyoyev yeni layihələrin açılışında iştirak etdilər - FOTO
Mirziyoyev: "İlham Əliyevin səfəri tarixi hadisədir"
İlham Əliyevdən Zəngəzur dəhlizi ilə bağlı AÇIQLAMA
İlham Əliyev: “Azərbaycanda ikinci avtomobil zavodu tikilir”
Daşkənddə İlham Əliyevin Şavkat Mirziyoyev ilə təkbətək görüşü olub - FOTO










