Banner

Ordumuzun mayoru qəfil vəfat etdi - FOTO - VİDEO - YENİLƏNİB

Hadisə 21 Noyabr 2026 08:48
Ordumuzun mayoru qəfil vəfat etdi - FOTO  - VİDEO - YENİLƏNİB
WhatsApp kanalımıza abunə olun

Mingəçevirdə mənzildən meyiti tapılan yüksəkrütbəli zabitlə bağlı yeni təfərrüat məlum olub.

Avtosfer.az Baku TV-yə istinadən xəbər verir ki, hadisə şəhərin Energetiklər yaşayış massivində yerləşən beşmərtəbəli binanın dördüncü mərtəbəsində qeydə alınıb.

Hadisə şahidlərinin sözlərinə görə, əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları cəlb olunublar. Onlar mənzilin qapısını sındıraraq içəri daxil olublar.

Sakinlərdən biri hadisə ilə bağlı bunları deyib:

"Fövqəladə Hallar Nazirliyinin əməkdaşları gəldilər, qapını sındırdılar. Sonra gördük ki, artıq vəfat edib. Kirayədə qalırdı".

Digər sakin isə hadisə zamanı yaşananları belə təsvir edib:

"Gördük ki, tappıltı səsləri gəlir. Balkona çıxdım, təcili tibbi yardım avtomobilinin dayandığını gördüm. Qapını açanda tibb bacısının da orada olduğunu gördüm. Soruşdum ki, nə baş verib? Dedilər ki, bizə zəng ediblər, hərbçi ilə bağlı məlumat daxil olub".

YouTubehttps://www.youtube.com/watch?v=r-ZeDTMsTl4

 

***14:30, 20 noyabr

Ordumuzun hərbi qulluqçusu qəfil infarkt keçirərək vəfat edib.

Avtosfer.az Manset.az-a istinadən xəbər verir ki, N saylı hərbi hissələrin birində qulluq edən mayor Müşfiq Əşrəf oğlu Əliyev ürəktutmadan dünyasını dəyişib.

Mərhumun cənazəsi bu gün Bakıya gətiriləcək və burada dəfn ediləcək.

Qeyd edək ki, mayor Müşfiq Əliyev uzun illər hərbi qulluqçu kimi peşəkar fəaliyyət göstərib. Onun atası Əşrəf Əliyev də uzun illər polis orqanlarında çalışıb.

Oxunub : 350
ŞƏRH YAZ
Ad

E-mail

Şərh