60 il əvvəlki əfsanə geri döndü: 840 at güclü yeni "Mustang"

ABŞ-nin "Vintage Modern" şirkəti 1967-ci ilin əfsanəvi "Ford Mustang"ına bənzəyən, lakin müasir texnologiyalarla təchiz edilmiş yeni avtomobil modelini təqdim edib.
Avtosfer.az xəbər verir ki, "Fastback" adlanan model ilk baxışdan təxminən 60 il əvvəl istehsal edilmiş klassik avtomobili xatırladır. Əslində isə onun əsasında müasir "Ford Mustang GT" dayanır. Avtomobilin kuzovunun böyük hissəsi karbon lifindən hazırlanıb. Beşlitrlik V8 mühərriki xüsusi kompressorla təchiz edilib və 840 at gücü hasil edir.
Avtomobildə səkkiz təhlükəsizlik yastığı, müasir əyləc sistemi və elektron təhlükəsizlik texnologiyaları mövcuddur. Bir avtomobilin hazırlanmasına təxminən 900 saat əl əməyi sərf olunur.
Modelin qiymətinin təxminən 295 min dollar (501 500 manat) olduğu bildirilir. Bununla belə, istehsalçı yekun satış qiymətini hələ rəsmən açıqlamayıb. (insanoid)
Bu ölkədə nömrənin hər hərfinə görə pul ödəniləcək
Rusiyada avtomobil satışında ciddi geriləmə - FOTO
Elektrik avtomobillərində gizli nasazlıq: Batareya problemi yaşanır
Çin avtomobilləri ilə bağlı daha bir QADAĞA
İlk avtomobili atla ötmək mümkün idi - FOTO
Bu avtomobildən cəmi 499 ədəd istehsal olunacaq - FOTO
"BMW" 720 mindən çox avtomobili geri çağırır
ABŞ-də 1955-ci ilin "Chevrolet"ni elektromobilə çevirdilər - FOTO
Avtomobil nəhəngi 32 illik əfsanəvi modelinin istehsalını DAYANDIRDI - FOTO
ABŞ ordusunda "BYD" ilə bağlı daha bir QADAĞA
"BMW" Çində kütləvi ixtisarlara gedir












